Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq?
Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? |
Azərbaycan xalqının haqq davası olan 44 günlük Vətən savaşı zamanı son 30 ildə ilk dəfə ümummilli həmrəylik yarandı.
Xalq görünməmiş fədakarlıq göstərdi. Hər kəs əlində nə var- nə yox, hamısını cəbhəyə yollamağa çalışdı. Xalq-hakimiyyət birliyi formalaşdı. Hətta 52 siyasi partiya öz ölkədaxili siyasi fəaliyyətlələrini dayandırıb, birmənalı şəkildə Ali Baş Komandanın yanında yer aldıqlarını bəyan etdilər. Gözlənilirdi ki, müharibədən sonra normal biznes mühiti yaranacaq, bank faizləri, gömrük rüsumları azalacaq, səhiyyə və təhsil islahatları aparılacaq. Hesab edilirdi ki, qazanılan parlaq qələbə Qarabağın taleyində dönüş nöqtəsi olduğu kimi, ölkədəki mövcud vəziyyət üçün də eyni effekti göstərəcək. Lakin bu, hələlik baş tutmadı. Sanki bir qrup məmur əsəbləri tarıma çəkməklə Qələbənin yaratdığı milli barışığı zədələməyə çalışır. Təbii ki, yaranan bütün narazılıqlara eyni müstəvidən baxmaq olmaz. Lakin cəmiyyətin haqlı narazılığını da görməzdən gəlmək də mümkün deyil. Bütün bu narazılıqları aradan qaldırmaq üçün iqtidar hansı addımları atmalıdır? Bu məsələdə siyasi partiyaların üzərinə hansı yük düşür? “Milli birliyi qorumalıyıq” Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev “Cümhuriyət”ə açıqlamasında deyib ki, iqtidar mövcud problemləri həll etməklə yanaşı, milli birliyi də qoruyub saxlamalıdır: “Hesab edirəm ki, müharibə zamanı qazandığımız qələbə heç nə ilə müqayisə edilməməli və bundan sonra baş verən hər hansı bir hadisə bu qələbəmizə kölgə salmamalıdır. Biz həqiqətən bir yumruq şəklində birləşib parlaq qələbə qazanmışıq. Bu qələbədə Azərbaycan xalqının hər bir nümayəndəsinin payı var. Həmin dövrdə siyasi partiyalar olaraq, biz də heç bir problemlə bağlı çıxışlar etmədik və “Öncə Vətəndir” şüarını öndə tutduq. Bu gün də elədir. Lakin cəmiyyəti də narahat edən müəyyən problemlər var və onların aradan qaldırılması vacibdir. Mən müharibədən əvvəl də Milli Məclisdə təmsil olunarkən bu problemlərlə bağlı çıxış etmişəm. Hazırda mövcud problemlərin həlli istiqamətində də müəyyən addımlar atılıb. Məsələn, bəzi problemli kreditlərin bağlanması, sosial rifahın yaxşılaşdırılması ilə bağlı atılan addımlar, şəhid ailələrinə və qazilərimizə diqqət bu qəbil addımlardandır. İndi və bundan sonra yaranan sosial problemlər ki, olacaq, razıyam, bunlar aradan qaldırılmalıdır. Amma bu milli birliyimizin pozulmasına əsas olmamalıdır. Ölkə daxilində nə baş verirsə versin, dövlət hamımızın babasıdır. Hakimiyyət bu dövləti idarə edən bir menecerdir. Bu gün bəzi məsələlər həll olunaq da, olunmaya da bilər. Lakin bütün hallarda biz mövcud milli birliyi qorumalıyıq”. “Kredit faizləri aşağı salınmalıdır” F.Quliyev yeni biznes sahələrinin qurulmasına və gənclər üçün iş yerlərinin açıqlmasına şərait yarada biləcək təklif də səsləndirib: “Çatışmayan cəhətləri qeyd etməliyik. Siyasi partiyalar olaraq, alternativlərimizi təklif etməliyik, çıxış yollarını göstərməliyik. Mən də arzulayıram ki, müəyyən məsələlərlə bağlı addımlar atılsın. Məsələn, Azərbaycan tərəfi Neft Fondunun vəsaitlərini xaricdə üç faizlə işlətməyə verir. Mən parlamentdə olanda təklif etmişdim ki, Neft Fondunun vəsaitlərini gətirib Azərbaycan gənclərinə 3 faizlə vermək lazımdır. Bizim 3 milyona yaxın vətəndaşımız Moskvada, Türkiyədə işləyir. Onlara burada layihə verilsin. Həmin layihəyə uyğun olaraq 3 faizlə kredit verilsin. Eyni zamanda kənd və şəhər yerlərində olan insanlara torpaq sahəsi ayrılsın. Beləliklə, həmin insanlar ölkədə istehsal sahələri açsın. Nəticədə, həm öz rifahı yaxşılaşsın, həm bir neçə insan iş yeri yaransın, həm də istehsal sahəsi inkişaf etsin. Bu gün həmin təklif üçün daha münbit şərait var. Çünki 17 min kvadrat kilometr ərazimiz işğaldan azad edilib. Həmin gəncləri bura qaytarıb eyni şəkildə davranmaq olar. Onlar yerlərdə istehsal sahəsi açarlar. Sovet dönəmində Baykal- Amur magistralı vardı. Ora Azərbaycanın hər yerindən gənclər göndərilirdi. Onlar gedib orada böyük abadlıq işləri həyata keçirdilər. İndi də gənclər briqadalarını eyni siyasətlə işğaldan azad edilmiş ərazilərə göndərmək üçün həvəsləndirici yanaşmalar lazımdır. Dövlət axtarışda olmalı və bu sosial problemləri, digər problemləri aradan qaldırmalıdır. Biz tənqidi də yanaşmalı, təkliflərimizi də verməliyik, amma milli birliyimizi də mütləq qorumalıyıq. Qarabağ məsələsində proseslərin tam şəkildə bitmədiyini nəzərə alsaq, biz siyasi partiyalar olaraq, mövcud problemlərə tənqidi mövqe sərgiləməklə yanaşı, həm də milli birliyimizi qorumaq istiqamətində çalışmalıyıq. Mövcud reallıq bizdən bunu tələb edir”. Əli Bədir/Cebhe.info Geri dön |