Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Texasdakı bəzi neft müəssisələri fəaliyyətini tədricən bərpa edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Texasdakı bəzi neft müəssisələri fəaliyyətini tədricən bərpa edir

Texasdakı bəzi neft müəssisələri fəaliyyətini tədricən bərpa edir


Havaların normal vəziyyətə qayıtmasından sonra Texasdakı bəzi neft istehsalı müəssisələri fəaliyyətini bərpa edib.

Bölgədə neft quyularında yenidən hasilata başlanıb. Texasdakı ən böyük 4 neftayırma zavodunun yenidən işə düşməsinin isə bir neçə həftə çəkəcəyi bildirilib.

Qeyd edək ki, ötən günlərdə ABŞ-da havaların kəskin soyuması neft hasilatına ciddi təsir etmişdi. Belə ki, ABŞ-da xam neft istehsalı 40 faiz, 4 milyon barreldən çox azalmışdı. Qeyri-sabit hava şəraiti Texasda xam neft istehsal edən müəssisələrin fəaliyyətinə də təsir etmişdi. Boru kəmərlərinin operatorları fors-major vəziyyət elan etmişdi.

Geri dön