Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Pekində əhalinin COVID-19 əleyhinə kütləvi vaksinasiyası başlayıb
Pekində əhalinin COVID-19 əleyhinə kütləvi vaksinasiyası başlayıb |
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramı çərçivəsində paytaxt Pekində əhalinin kütləvi vaksinasiyasına başlanılıb.
18-59 yaş arasında olan Pekin sakinləri əvvəlcədən müraciət etməklə növbəlilik əsasında ödənişsiz qaydada peyvənd oluna bilirlər. Bu məqsədlə təşkil olunan yüzlərlə müvəqqəti məntəqədə gözləmə, müayinə, qeydiyyat, peyvəndləmə və müşahidə otaqları fəaliyyət göstərir. Məntəqələr səhər saat 7:30-dan fəaliyyətə başlayır. Peyvənd olunan Pekin sakini Yan Quanhao deyir ki, 2 həftə əvvəl evlər idarəsindən vaksinasiya barədə məlumat alandan sonra heç tərəddüd etmədən peyvənd olunmaq üçün qeydiyyatdan keçib. O, peyvəndin birinci dozasını qəbul etdikdən sonra bədənində heç bir yan təsir olmadığını bildirib. Peyvənd olunan Su Yüton isə valideynləri ilə birlikdə vaksinasiya üçün qeydiyyatdan keçdiyini deyib. O, peyvənd olunduqdan sonra arxayınlıq hissi ilə başqa şəhərlərə səyahət edə biləcəyini də söyləyib. Qeyd edək ki, Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası iki mərhələdə aparılır. İlk mərhələdə tibb işçiləri, xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyəti üzvlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara və s. peyvənd vurulur. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunurlar. İkinci mərhələ üzrə vaksinasiya prosesi könüllülük prinsipi əsasında aparılır. Vaksinasiyada Çinin "Sinopharm" və "Sinovac" şirkətlərinin peyvəndlərindən istifadə olunur. Hər 2 şirkətin peyvəndləri təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksinlərdir. Onların hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Avropa, Asiya və Latın Amerikası üzrə 40-dan çox ölkə, o cümlədən Türkiyə, Pakistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Macarıstan, İndoneziya və Braziliya vaksinasiya prosesi üçün Çinin bu şirkətlərindən peyvənd sifariş ediblər. Yanvarın 18-dən Azərbaycanda COVID-19 virusuna qarı başlayan vaksinasiya prosesində də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVAC" peyvəndindən istifadə olunur. Geri dön |