Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki qarşılaşması keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki qarşılaşması keçiriləcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki qarşılaşması keçiriləcək


Fevralın 23-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki qarşılaşması keçiriləcək.

İspaniya çempionatının lideri “Atletiko Madrid” klubu Londonun “Çelsi” komandası ilə üz-üzə gələcək. Pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq matça Madrid təmsilçisi bir neçə itki ilə çıxacaq. Xose Mariya Ximenes, Şime Vrsalko, Ektor Errera, Yannik Karrasko zədə səbəbindən oyunu buraxmalı olacaqlar. London klubunda isə Tiaqu Silva və Temmi Abrahamın bu görüşdə forma geyinməsi sual altındadır.

Gecənin digər matçı İtaliyada baş tutacaq. “Latsio” öz meydanında turnirin sonuncu qalibi olan “Bavariya” klubunu sınağa çəkəcək. Qonaqlardan Aleksandr Nübel, Benjamin Pavar, Duqlas Kosta, Korenten Tolisso, Serj Qnabri və Tomas Müllerin oynamayacağı dəqiqləşib. Meydan sahiblərindən isə Ştefan Radu zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Zədəli Tomas Strakoşanın matçda iştirakı dəqiq müəyyənləşməyib.

Hər iki qarşılaşma Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.

Qeyd edək ki, səkkizdəbir finalın əvvəlki görüşlərində “Paris Sen-Jermen” klubu “Barselona” komandasına 4:1, “Liverpul” klubu “Leyptsiq” kollektivinə 2:0, “Portu” klubu İtaliyanın “Yuventus” komandasına 2:1, “Borussiya Dortmund” klubu isə “Sevilya”ya 3:2 hesabı ilə qalib gəlib. Bu mərhələnin digər iki oyunu fevralın 24-də keçiriləcək. “Real Madrid” İtaliyada “Atalanta”, “Mançester Siti” komandası isə Budapeştdə “Borussiya Mönhenqladbax” ilə qarşılaşacaq.


Geri dön