Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İraqla Qərbi Azərbaycan əyaləti arasında gediş-gəliş qadağan edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İraqla Qərbi Azərbaycan əyaləti arasında gediş-gəliş qadağan edilib

İraqla Qərbi Azərbaycan əyaləti arasında gediş-gəliş qadağan edilib


Qərbi Azərbaycan əyalətinin şəhərlərinin çoxonda COVİD-19 virusuna yoluxma hallarının artmasına qarşı İraq vətəndaşlarının Qərbi Azərbaycan sərhədindən girişi 21 fevral bazar günündən etibarən dayandırılıb.



İRNA- dövəlt xəbər agentliyinin verdiyi bilgiyə görə, Qərbi Azərbaycanda fevralın 21-dən 22-ə qədər 24 saat ərzində koronavirusa 495 yeni yoluxma halı qeydə alınıb.Onlardan 254-ü şübhəli hesab edilsə də, 241 nəfərinnin isə virusa yoluxdu qətiləşib. Əyalətin səhiyyə xidmətinin rəhbəri doktor Cavad Ağazadə bu rəqəmin hazırkı şəraitdə rekord bir sayı olduğunu ifadə edib.


İraq vətəndaşlarının girişi əyalətdə pandemiya durumunun “qırmızı vəziyyətinə” keçmə ehtimalına qarşı, habelə virusun daha yoluxucu olan Britaniya variantının əyalətə girməsini önləmək mqəsədilə keçid məntəqələrinin ən az iki həftə müddətinə dayandırılacağı bildirilib.


İraqdan gələn yük maşınları sürücülərinin Qərbi Azərbaycan Tibb Universiteti tərəfindən təsdiqlənmiş test sertifikatını göstərmək şərti ilə girişinə icazə veriləcək.
Qeyd edək ki, dünən fevral ayının 22-də İran Gömrüyünün sözçüsü yeni növ Britaniya koronovirusunun İraqda sürətlə yayıldığına görə iki ölkə arasında olan beş sərhəd keçid məntəqəsinin bağlandığını deyib.


Bununla yanaşı, fevralın 22-də İran mətbuatının verdiyi xəbərə görə, Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində İraqdan qayıdan bir vətəndaşın Britaniya virusuna yolucduğu təsdiqlənib.


Bundan öncə Azərbaycanın başqa bir əyaləti Qəzvində yeni növ koronovirusdan bir nəfər ölüb, yoluxan 7 nəfər isə nəzarət altına alınıb. Bununla əlaqədar olaraq, Qəzvinin Qışlaq “Abyek” şəhərinin Bələdiyyə işçilərindən birində mutasiyaya uğramış yeni növ koronovirus aşkarlandığı üçün bələdiyyənin inzibatı binası qapadılıb və 69 bələdiyyə işçisi müayinəyə göndərilib.


İran Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İraqla sərhəd əyalətlərdə yeni növ koronovirusun yayılma ehtimalı və təhlükəsi daha yüksəkdir.


İranın müxtəlif bölgələrində COVİD-19 tədbirləri ilə əlaqədar “Ağ”, “Sarı”, “Narıncı” və “Qırmızı” vəziyyəti elan edilir. Urmu daxil olmaqla, Qərbi Azərbaycan əyalətinin 7 şəhəri hazırda narıncı vəziyyətdədir.


Pandemiyanın başlanğıcından bəri Qərbi Azərbaycan əyalətində koronavirusdan ən az 4 min ölüm faktı qeydə alınıb.

Geri dön