Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dərbənddə azərbaycanlıların bankını bağladılar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Dərbənd > Dərbənddə azərbaycanlıların bankını bağladılar

Dərbənddə azərbaycanlıların bankını bağladılar


Rusiya Mərkəzi Bankı Dərbənddə fəaliyyət göstərən “Derbent-kredit” bankının lisenziyasını əlindən alıb.Məlumata görə “Derbent-kredit” bankı müflis elan edilib.

Qeyd edək ki, adı çəkilən bank 2004-cü ildən fəaliyyət göstərib. Bankın təsisçiləri və rəhbərləri Dərbənddə yaşayan azərbaycanlılardır.

Bir qədər əvvəl bankın Direktorlar Şurasının sədri vəzifəsinə Qurbanov Nəriman Məhəmməd oğlu gətirilmişdi. Nəriman Qurbanov məşhur azərbaycanlı ictimai-siyasi xadim Seyid Camaloviç Qurbanovun nəvəsidir. Onun atası Məhəmməd Qurbanov isə Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsidir.

Dərbənddəki mənbələrimizin dediyinə görə, adıgedən bank kifayət qədər fəal bank olub. “Derbent-kredit” ən sərfəli şərtlərlə kredit verirdi və təkcə Dərbənddə yox, Mahaçqalada, Kaspiyskdə və Dağıstanın bir sıra şəhərlərində etibarlı bank kimi tanınırdı” - deyə, mənbə bildirir.

Geri dön