Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçirilib. / VİDEO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, davam TV, Siyasi partiyalar, Borçalı, Özəl xəbər, Fərəc Quliyev > “Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçirilib. / VİDEO

“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçirilib. / VİDEO


Fərəc Quliyev: “Azərbaycan türkləri ermənilərdən fərqli olaraq heç bir zaman bölücülüyün daşıyıcısı olmayıb.”

Daşqın Gülməmmədov: “Gürcüstanda yaşayan türk etnoslarına qarşı təhlükəli vəziyyət yaranıb.”


Milli Dirçəliş Hərəkatı Partiyası Borçalı departamentinin təşəbbüsü ilə Gürcüstan Türkləri Konfederasiyası ilə birlikdə Gürcüstandakı soydaşlarımızın problemləri ətrafında mətbuat konfransı keçirilib.

Tədbirdə MDHP sədri, Millət Vəkili Fərəc Quliyev hakimiyyət dəyişikliyindən sonra Gürcüstanda soydaşlarımıza qarşı baş verən hücumların siyasi çalar daşıdığını diqqətə çatdırıb. “Mütəmadi olaraq biz hər zaman Gürcüstandakı soydaşlarımızın hüquqları ilə bağlı məsələ qaldırmışıq. Bizim Borçalı departamenti ordakı problemlərin həll ilə birbaşa məşğul olur. Baxmayaraq ki, vaxtilə bizim nümayəndəmizi öldürdülər və cinayətkarlar hələ də tapılmayıb. Rusiya Qafqazda böyük oyun oynamağa çalışır. Gah müxtəlif təşkilatlar yaradır, gah da ayrı-ayrı təşkilatlara dəstək durmaqla Qafqazda təxribat mənbələri yaradıb alovlandırır. Gürcüstanda məskunlaşan ermənilərdən fərqli olaraq azərbaycanlıların yaşadıqları ərazilər onların öz tarixi torpaqlarıdır. Amma Azərbaycan türkləri ermənilərdən fərqli olaraq heç bir zaman bölücülüyün daşıyıcısı olmayıb. Gürcüstandakı azərbaycan türklərini sıxışdırırlar, soydaşlarımız müəyyən təzyqilərlə üz-üzədir. Buna görə də onlara sahib çıxmaq lazımdır. Məndən olsa, ikili vətəndaşlıq məsələsinə qədər proseslərin üzərinə getmək mümkündür. Baxmayaraq ki, ən müxtəlif səbəblərdən bu, hələlik mümkün görünmür.” - deyə bildirib.

Millət vəkili onu da bildirdi ki, Gürcüstan-Rusiya müharibəsi zamanı həmin ölkədə yaşayan 500 min soydaşımız Gürcüstan uğrunda mübariziyə qatıldı: "Ancaq bunun müqabilində bu gün Gürcüstanda məskunlaşmış azərbaycanlılara qarşı ögey münasibət bəslənir. Tarixi abidələr dağıdılır, azərbaycanlıların təhsil aldığı məktəblər bağlanır, insanlar isə daim təhqir olunur".

F.Quliyevin fikrincə, ikinci ən təhlükəli məqam Gürcüstanın baş naziri Bidzina İvanişvilinin rəhbərlik etdiyi hökumətin Abxaziya üzərindən Rusiya ilə Ermənistan arasında dəmiryolu xəttinin bərpa edilməsi varədə mövqeyidir.

F.Quliyev hesab edir ki, yaranmış problemin qarşısını almaq üçün bütöv Azərbaycan bir araya gəlməlidir: "Bu gün dünyanın hər bir ölkəsində azərbaycanlı yaşayır. Hər kəs bir olarsa, heç bir qüvvə bizim qarşımızda dura bilməz".

Qeyd edək ki, Fərəc Quliyev parlamentin Azərbaycan-Gürcüstan dostluq qrupunun üzvüdür.

Gürcüstan Türkləri Konfederasiyasının sədri Daşqın Gülməmmədov öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinə qarşı son zamanlar vüsət alan ayrı-seçkilik (evlərə basqınlar və s.), torpaq və dil problemləri ətrafında dəlillərlə geniş çıxış edib. "Gürcüstan Türkləri Konfederasiyası milli təhsillə bağlı problemin həllini istəyir. Gürcüstan parlamenti "Avropa Milli Azlıqlar üzrə Çərçivə Konvensiyası"nın 67-ci maddəsinə uyğun olaraq, Gürcüstan Konstitusiyasının 8-ci maddəsinə əlavə etməli, Gürcüstan türkcəsinə dövlət dili statusu verilməlidir. Bu dilin azərbaycanlılar yaşayan bölgələrdə təhsil üçün istifadəsinə rəsmən icazə alınmalıdır".

Onun sözlərinə görə, hazırda Gürcüstan Konstitusiyası Azərbaycan dilində təhsili qadağan edir və hətta 2013-cü ildən etibarən gürcü dilini bilməyən müəllimlər də işdən çıxarılacaq.

D.Gülməmmədov bildirib ki, Gürcüstanın Borçalı və digər bölgələrində yaşayan azərbaycanlılar da daxil olmaqla Gürcüstandakı türklər torpaqla təmin olunması, dövlət orqanlarında təmsilçilik və dini problemlərlə qarşılaşırlar: "Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə idarəsi ləğv olundu və yeni bir qurum yaradıldı. Qəribədir, dünyanın heç bir yerində belə bir şey yoxdur. Gürcüstanda Saakaşvili hökumətinin məmurları baş müftini sünni, müavinini isə şiə qoyublar. Bu heç bir yerdə, heç bir dövlətdə görünməyən bir şeydir. Bu da Gürcüstanda bəzi qüvvələrin dini qarşıdurma yaratmaları ilə bağlı planlarından xəbər verir".

Gürcüstanda 60 mindən çox azərbaycanlı kadr və mütəxəssis olduğunu konfederasiya sədri vurğulayıb ki, gürcü dilini bilən azərbaycanlılar da işlə təmin edilmirlər. O deyib: "Gürcüstanda bir nəfər azərbaycanlı polis rəisi, prokuror yoxdur. Azərbaycanın Baş prokuroru gürcüstanlıdır, amma Gürcüstanda nazir mavini də, ermənilər yaşayan üç rayonun 3-nün də polis rəisi ermənidir".

Təşkilatın rəhbəri bildirib ki, torpaqlar saxta auksion vasitəsilə yalnız gürcülərə satılır. Yerli əhali olan azərbaycanlılar torpaqla təmin edilmir. Məqsəd Gürcüstanda yaşayan azərbaycanlıları torpaqsızlaşdırıb ordan çıxartmaqdır. Bu, mədəni deportasiyadır. Bir sözlə, Gürcüstanda yaşayan türk etnoslarına qarşı təhlükəli vəziyyət yaranıb. Azərbaycan və Türkiyə bu məsələyə dərhal müdaxilə etməlidir. Azərbaycan və Türkiyə cəmiyyətləri və dövlətinin mütləq müdaxiləsi lazımdır. Artıq Borçalıdan əhalinin köçürülməsi başlayıb. Orada ümidsizlik yaranıb.
Tədbirdə Borçalıdan canlı şahidlər, ziyalılar, gənclər, müxtəlif Borçalı təşkilatlarının nümayəndələri, MDHP rəhbərliyi və üzvləri, mətbuat nümayəndələri iştirak ediblər.



“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçirilib. / VİDEO

“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçirilib. / VİDEO

Geri dön