Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Son günlər yoluxma saylarındakı artım həkimləri yenidən “həyəcan təbili” çalmağa vadar edir
Son günlər yoluxma saylarındakı artım həkimləri yenidən “həyəcan təbili” çalmağa vadar edir |
Son günlər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı yenidən artmağa başlayıb. Hətta bəzi günlərdə ikirəqəmli ədədə düşən yoluxma sayı hazırda 200-ü ötüb. Bu isə həkimləri yenidən “həyəcan təbili” çalmağa vadar edir.
Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Nigar Rəhmətova deyib: “Xəstəliyin yayılması və artması həm də əhalinin sanitar-gigiyenik normalara əməl etməsi dərəcəsi ilə əlaqədardır. Xüsusən maska taxmaq və məsafə saxlamaq qaydasına ciddi riayət olunmalıdır. Maska taxmamışdan əvvəl əllər dezinfeksiya edilməli və üç saatdan sonra tibbi maskalar dəyişdirilməlidir”. İnfeksiyanın sürətlə yayılmasının qarşısının alınması üçün aparılan vaksinasiya prosesi isə davam edir. İndiyədək ölkə üzrə 300 minə yaxın vətəndaşa vaksin vurulub. Bakıdakı 2 nömrəli şəhər poliklinikasında hər gün 85-90 nəfərə peyvənd vurulur. Hazırda yaşı 50-dən yuxarı olanların vaksinasiyası davam edir. Gənclər arasında bu prosesə başlanılmasa da, vaksinasiya olunmaq üçün onlardan çoxlu müraciətlər daxil olur. Vaksinasiya olunanlar nəzarətdə saxlanılır, sahə həkimləri peyvənd olunanlara müəyyən zəruri tövsiyələr verirlər Poliklinikanın həkim-terapevti Solmaz Ağazadə deyib: “Peyvənd vurduranlara gün ərzində hamama girməməyi, yumurta və sitrus meyvələri ilə qidalanmamağı məsləhət görürük. Kişilərə alkoqollu içkilər qəbul etməmək və siqaret çəkməmək barədə xəbərdarlıq edilir. Peyvənd vurulandan sonra üç gün ərzində terapevt və sahə tibb bacıları evlərə zəng edərək əlaqə saxlayır, inyeksiya edilənlərin özlərini necə hiss etdikləri, temperatur, öskürək, boğaz və baş ağrıları olub-olmaması ilə maraqlanırlar. Şükürlər olsun ki, indiyədək belə əlavə təsirlər müşahidə edilməyib”. Ümumilikdə, yanvarın 18-dən başlanılan vaksinasiya prosesi dövründə heç bir fəsadlaşma halı qeydə alınmayıb. Geri dön |