Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbil həbsxanasında cinayətlərin ayrılması prinsipi tətbiq olunmur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbil həbsxanasında cinayətlərin ayrılması prinsipi tətbiq olunmur

Ərdəbil həbsxanasında cinayətlərin ayrılması prinsipi tətbiq olunmur


Güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi ailəsi ilə telefon danışığında Ərdəbil Həbsxanasının 4-cü, “metadon narkotik maddə istifadəçiləri”nin saxlanıldığı bölməyə köçürüldüyünü deyib.


Ərdəbil həbsxanasının 4-cü bölməsi qətl, oğurluq və narkotik istifadəçilərininnin saxlanıldığı təhlükəli bölmədir. Bu, Mehrdad Şeyxinin ailəsinin ciddi nigəranlığına səbəb olub.


İran həbsxanalarında “cinayətlərin ayrılması prinsipinin tətbiq olunması” qaydalarına riayət olunmur. Həbsxana məsulları təhlükəsizlik və kəşfiyyat idarəsinin tapışırığı ilə milli-mədəni fəalları, siyasi məhbusları ümumi bəndlərə və təhlükəli cinayətkarların saxlanıldığı bölmələrə yerləşdirirlər.


Xatırladaq ki, güneyli milli-mədəni fəal Mehrdad Şeyxi, fevral ayının 27-də məhkəmə qərarlarının icrası idarəsindən aldığı bildiriş əsasında 6 aylıq həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasına yollanıb.


Mehrdad Şeyxi 2019-cu ildə yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq başlanan aksiyalarda iştirak etdiyinə görə saxlanılmışdır.


O, 2019-cu il, 20 noyabr tarixində Ərdəbildə atası evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmış, 11 gün təcridxanada saxlandıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılmışdır.


Ərdəbil İnqilab Məhkəməsi M.Şeyxiyə "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə bir il həbs cəzası barədə qərar çıxarsada, Apellyasiya Məhkəməsi bu qərarı 6 aya həbs cəzası endirmişdir.yasiya Məhkəməsi bu qərarı 6 aya həbs cəzası endirmişdir.


Mehrdad Şeyxi milli-mədəni fəal Behnam Şeyxinin kiçik qardaşıdır. Behnam Şeyxi hal-hazırda Tehranın “Evin” zindanının 8-ci bəndində Beynəlxalq Ana Dili Günü tədbirlərinə qatıldığı üçün məhkum olunduğu 2 illik həbs cəzasını çəkir.

Geri dön