Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Acı bibər yemək ölüm riskini azaldır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Acı bibər yemək ölüm riskini azaldır

Acı bibər yemək ölüm riskini azaldır


Amerika Kardiologiya Assosiasiyası tərəfindən aparılan araşdırmalara görə, acı bibərdən (çili) müntəzəm istifadə etmək ölüm riskini dörddə bir qədər azalda bilir.

Bu barədə “Express” nəşriyyatının çap etdiyi materialda bildirilir. Tədqiqatçılar bir sıra ölkələrdən olan 570 mindən çox insanın məlumatlarını təhlil ediblər. Mütəxəssislər insanların qidalanma vərdişlərinin bir-biri ilə əlaqə prosesi, təhlükəli xəstəliklərin yaranma riski və ölüm halları ilə maraqlanıblar. Layihənin müəllifləri belə qənaətə gəliblər ki, kəskin qidalara meyllilik ölüm riskini nəzərəçarpacaq dərəcədə azaldaraq həyatı uzada bilər.

“Rasionlarında daim acı bibər olan insanlarda ürək-damar xəstəliklərindən ölmək ehtimalı 26 faiz, xərçəngdən isə 23 faiz azalır”, – deyə alimlər qeyd ediblər.

Elmi ekspertlər hesab edirlər ki, səbəbindən asılı olmayaraq, bibər pərəstişkarları arasında ölüm nisbəti dörddə bir qədər az olur. Bibərin istifadəsinin ölüm riskini azaltdığını izah edən ekspertlər, bunu, sözügedən kəskin məhsulun tərkibindəki komponentlərinin təsiri ilə əlaqələndirirlər. Bibərdən müntəzəm istifadə oksidan, iltihab və xərçəng şişi əleyhinə səmərəli təsir etməklə yanaşı qanda qlükoza səviyyəsinin normallaşmasına kömək edir.

Geri dön