Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Sistan-Bəlucistanda “Sepah”ın iki avtomobilinə hücum edilib. 5 “Sepah”çı öldürülüb, 3-ü girov götürülüb
Sistan-Bəlucistanda “Sepah”ın iki avtomobilinə hücum edilib. 5 “Sepah”çı öldürülüb, 3-ü girov götürülüb |
Hadisə, martın 2-si axşam saatlarında Sistan-Bəlucistan əyalətinin Pakistan sərhədinə yaxın Keşteqan məntəqəsinin Bəmpəşt hissəsində baş verib.
Bəluc Fəalları Kampaniyasının rəhbəri Abdulla Arif BBC televiziyasına açıqlamasında deyib ki, bölgədə reyd keçirən “Sepah” terror təşkilatının iki avtomobili “Ceyş ül Ədl” təşkilatı yaraqlılarının hücumuna məruz qalıb: “Silahlı hücumda 5 “Sepah”çı yerindəcə öldürülüb, 3-ü isə girov götürülüb”, -deyə o bildirib. Bu olaydan az sonra “Sepah”ın Sistan-Bəlucistandakı quru qüvvələrinin “Qüds” qərargahı bəyanat yayaraq, silahlı hücumda öldürülənlərin “Sepah”ın mühəndis vahidinin qüvvələrindən olduqlarını açıqlayıb. Hücumçular hadisə yerindən qaça biliblər. Onların girov götürdüyü 3 “Sepah”çının haraya aparıldığı bilinmir. Xatırladaq ki, fevralın 22-də Sistan-Bəlucistan əyalətinin Pakistanla sərhəd məntəqəsində “Sepah” terror təşkilatı qüvvələrinin motosikletlə yanacaq daşıyan bəluclara qarşı odlu silahlardan atəş açması nəticəsində ən azı 37 yerli bəluc həlak olub, 5-i yaralanıb. Hadisə, yerli hüquq-mühafiz qüvvələrinin sərhəd məntəqəsini bəlucların üzünə bağlamasından sonra baş verib. Sərhəd məntəqəsinə toplaşan və sərhəddin açılmasını tələb edən bəluclar, hadisə yerinə gələn “Sepah” qüvvələri tərəfindən odlu silahlarla atəşə tutulublar. Yayılan məlumata əsasən, hücumda öldürülən bəlucların meyitləri ailələrinə təhvil verilmədən gizli şəkildə sərhəd məntəqəsində qazılan kütləvi məzarlıqlarda basdırılıb. Qeyd edək ki, Sistan-Bəlucistan vilayəti İranın ən yoxsul və baxımsız əyaləti sayılır. Bu əyalət sakinlərinin 70%-ndən çoxu işsiz və kasıbdır və bəluclar ailələrini dolandırmaq üçün ya narkotik maddə qaçaqmalçılığı ilə, ya da motosiklet vasitəsilə İrandan Pakistan ərazisinə yanacaq daşıyıb yuxarı qiymətə satmaqla gündəlik çörək pullarını qazanırlar. Hökumət isə onları “yanacaq qaçaqmalçıları” adlandıraraq, bunun qarşısını almağa çalışır. Sünni məzhəbli bəluclar isə İran İslam Respublikası hökumətini bəluc xalqına qarşı ayrı-seçkilikdə, onları qəsdən yoxsul saxlamaqda, onların ağır və acınacaqlı iqtisadi durumuna laqeyd yanaşmaqda, milli və dini hüquqlarını tapdamaqda günahlandırırlar. Geri dön |