Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Paytaxtın təhsil işçiləri üçün 10 peyvənd məntəqəsi fəaliyyət göstərir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Paytaxtın təhsil işçiləri üçün 10 peyvənd məntəqəsi fəaliyyət göstərir

Paytaxtın təhsil işçiləri üçün 10 peyvənd məntəqəsi fəaliyyət göstərir


Martın 4-də paytaxtdakı ümumi təhsil məktəblərində fəaliyyət göstərən peyvənd məntəqələrində prosesin gedişi izlənilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, təhsil nazirinin müşavirləri Elnur Nəsibov və Rüstəm Ağayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, müvafiq struktur bölmə rəhbərləri, KİV-lərin nümayəndələri təhsil işçilərinin peyvəndləmə prosesi ilə yaxından tanış olublar.

Ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün nəzərdə tutulan vaksinasiya prosesinə ilkin olaraq yaşı 50 və daha yuxarı olan şəxslər cəlb edilib.

Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq təşkil edilmiş vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində (Binəqədi rayonunda - 276, Xətai rayonunda - 56, Xəzər rayonunda - 26, Suraxanı rayonunda – 84, Sabunçu rayonunda – 90, Səbail rayonunda – 239, Nərimanov rayonunda – 258, Nəsimi rayonunda - 14, Nizami rayonunda 129, Yasamal rayonunda 158 saylı tam orta məktəblər) həyata keçirilir. Vaksinasiya prosesinə paytaxt üzrə ilkin olaraq yaşı 50 və daha yuxarı olan 20000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və datakart vasitəsilə internetə çıxış təmin edilib.

Koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir. Bunu nəzərə alan və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri martın 3-dən başlayan vaksinasiya prosesində fəal iştirak edirlər.

Geri dön