Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran hökuməti Bəluçistanda ən azı 23 nəfəri öldürüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran hökuməti Bəluçistanda ən azı 23 nəfəri öldürüb

İran hökuməti Bəluçistanda ən azı 23 nəfəri öldürüb


“İrandakı İnsan Haqları Kampaniyası” ötən həftə Sistan və Bəluçistan əyalətində keçirilən etiraz aksiyaları zamanı ən azı 23 nəfərin İran silahlı qüvvələri tərəfindən öldürüldüyü barədə xəbər yayıb.



Məlumata görə, etiraz aksiyalarında çox sayda insan ağır yaralanıb.



İrandakı İnsan Haqları Kampaniyası sədri “Hadi Qaimi” verdiyi açıqlamada bildirib ki, “İran rəsmiləri etirazçıların öldürülməsini müxalifləri susdurmağın yolu olduğuna inanırlar.”



O, “beynəlxalq ictimaiyyətin müxaliflərə qarşı şiddətli güc tətbiq edilməsinə görə İran hökumətinə ciddi xəbərdarlıq etməlidir” deyə bildirib.



Kampaniya, 22 fevralda Saravan etirazlarına və 10 nəfər etirazçısının öldürülməsinə toxunaraq, İslam İnqilabı Keşikçiləri Ordusunu Sistan və Bəluçistan əyalətində iqtisadiyyatın və təhlükəsizliyin qarışmasında böyük rol oynadığını və son hadisələrin buna bir nümunə olduğunu bildirib.



Kampaniya etirazların genişlənməsindən sonra bölgədə internetə çıxışın kəsilməsindən narahatlığını ifadə edərək, bunu etirazçılara qarşı şiddətli basqı xəbərlərinin yayılmaması və müxaliflərin təşkilatlanmaması üçün atılan addım kimi dəyərləndirib.



Bundan öncə müxtəlif insan haqları qurumları, o cümlədən Beynəlxalq Əfv Təşkilatı internetin kəsilməsini İran hökumətinin etirazçılara qarşı törətdiyi cinayətlərin yayılmasının qarşısının alınması kimi dəyərləndiriblər.

Geri dön