Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Həmsədrlər Azərbaycandan nə isə qoparmağa çalışırlar” - Politoloq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > “Həmsədrlər Azərbaycandan nə isə qoparmağa çalışırlar” - Politoloq

“Həmsədrlər Azərbaycandan nə isə qoparmağa çalışırlar” - Politoloq


ATƏT-in Misnk qrupu həmsədrlərinin bölgəyə növbəti səfərə gəldilər, getdilər.. Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik yeni təkliflərlə çıxış edəcəkləri bildirilsə də, bu, baş vermədi. Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını öz üzərinə götürən Minsk qrupu illərdir davam edən passiv fəaliyyətini sürdürür.

Politoloq Qabil Hüseynli həmsədrlərin bölgəyə səfərini belə şərh edib.

“Məncə, həmsədrlərdən yeni təkliflər ancaq Dağlıq Qarabağın hüdudlarından kənarda, işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı ola bilər. Bunun əvəzində həmsədrlər Azərbaycandan nə isə qopartmağa çalışacaqlar. Çünki bu gün Qarabağ probleminin həllinin çıxış nöqtəsi Dağlıq Qarabağ ətrafında işğal edilmiş 7 rayonun mərhələ-mərhələ azad edilməsindən ibarətdir. Bunlar azad ediləndən sonra Dağlıq Qarabağın statusu və Ermənistan-Azərbaycan münasibətlərinə gəlib çıxmaq olar. Biz də öz növbəmizdə Madrid prinsiplərinin yenilənmiş variantını təklif eləmişik. Düzdür, Ermənistan bunu qəbul etməyib. Həmsədrlər Madrid prinsiplərini canlandırmağa çalışsalar, bu da çətinliklərlə qarşılaşacaq. Bu da Azərbaycanın ərazi bütövlüyü üçün qəbum olunmaz məqamlardır”, - deyə politoloq vurğulayıb.

Hələ də Minsk qrupundan müsbət nəticə gözləmədiyini bildirən politoloq qeyd edib ki, Qarabağ münaqişəsilə bağlı məsələnin ATƏT-in sərəncamından çıxarmağın zamanı yetişib:

“Mən həmsədrlik institutunun effektli qurulmadığı qənaətindəyəm. Çünki həmsədrlərdən biri birbaşa işğal prosesində iştirak edib, digəri Ermənistana yaxın mövqeyilə seçilir. Bu baxımdan məsələ ATƏT-in sərəncamından çıxarılmalıdır.

Baxaq görək həmsədrlərin bölgəyə səfəri nədən ibarətdir. Bütün bu məsələlər həmsədrlərin qovluğunda gəzir. Onlardan yeni təkliflərin rasional olacağına inanmıram”.


Anar RÜSTƏMOV

Geri dön