Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təklifiniz nədir: Rusiya, yoxsa Qərb?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Təklifiniz nədir: Rusiya, yoxsa Qərb?

Təklifiniz nədir: Rusiya, yoxsa Qərb?


Seymur Həsənli: "Rusiyanın izlərini qısa zamanda silib atmaq mümkün deyil."

Rusiyanın Azərbaycanla münasibətlərinin gərginləşməsi barədə son dövürlər mətbuatda mütəmadi yazılara rast gəlirik. Bəzi qərbyönümlü beynəlxalq təşkilatların bəyanatlarında insan haqları ilə bağlı qüsu
rların daha çox qabardılmasından da ictimaiyyət elə həmin mətbuat vasitəsi ilə xəbər tutur.

Belə situasiyada politoloji şərhlər iki hissəyə ayrılır, bir tərəf Azərbaycanın Rusiyaya daha yaxın olmasının vacibliyinə diqqət çəkir, digər tərəf isə bunun əksini deyir.

2013 ci il Azərbaycanda növbəti prezdent seçkiləri ilidir. Seçki qabağı ölkənin xarici siyasətindəki çalarlar, daha çox müzakirə mövzusuna çevrilir, bu, qloballaşmaq xətti tutan dunyanın demək olar ki, təməl prinsipidir. Bu gün cavab veriləsi əsas suallardan biri Azərbaycanın balanslaşdırılmış siyasətə sadiq qala biləcəyini müəyyənləşdirməkdir. Həminki olmayan dünyada bu siyasəti davam etdirmək asan deyil, bəzən mümkünsüz belə olur.

"Ədalət” qəzeti gələcəyin ictimai siyasi xadimlərinə çevrilə biləcək gənclər arasında bu mövzuda sorğu keçirib: Azərbaycan Rusiyaya daha yaxın siyasət yürütməlidir, yoxsa Qərbə?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini gənc Seymur Həsənli Azərbaycan yerləşdiyi regionu önə çəkərək, xarici siyasətdə çox diqqətli olmalığımızın vacibliyini qeyd edir: "Bəzi qüvvələr balans siyasətinə görə hakimiyyəti tənqid edirlər. Unutmaq olmaz ki, Rusiyanın izlərini qısa zamanda silib atmaq mümkün deyil. Qafqazda Rusiya mövcud olduğuna görə Azərbaycan üçün Qarabağ, Gürcüstan üçün Acariya, Abxaziya problemləri var. İnteqrasiya baxımından Qərb bir istiqamət olaraq seçilə bilər. Amma bu, şərti yanaşmadır. Yaponiya Azərbaycanın şərinqdə yerləşir. Azərbaycan dövləti xarici siyasəti peşakar səviyyədə həyata keçirə bilir. Lazım gələndə Rusiyaya (Qəbələ RLS vasitəsilə və s.), lazım gələndə Qərbə (BP və s. vasitəsilə) təzyiq edir”.

Sübhan/"Ədalət" qəzeti

Geri dön