Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tarixdə bu gün: 8 mart
Tarixdə bu gün: 8 mart |
Qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardığı mübarizə başlanğıc kimi 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan 40 min qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda, pis iş şəraitinə etiraz tətili günlərindən qəbul edilir. Polis bu tətilə sərt cavab verdi: fabrikdə kilidli qalan 129 fəhlə qadın çıxan yanğında həyatını itirdi.
Təxminən yarım əsr sonra - 1908-ci ildə Nyu-Yorkda 15.000 qadın qısa çalışma saatı, yaxşı maaş və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə yaxşı həyat tərzini ifadə edirdi. 1909-cu ildə isə Avropadakı qadınlar fevral ayının son bazar gününü (fevralın 28-ni) ilk qadın günü olaraq qeyd etməyə başladılar. 1910-cu ildə (1857-ci il hadisələrdən 52 il sonra) Danimarkanın Kopenhagen şəhərində keçirilən Beynəlxalq Sosialist Qadınlar Qurultayında Klara Setkin (Clara Zetkin) adlı alman sosialist qadını 1857-ci ilin 8 martında Amerikada Nyu-Yorkda yandırılaraq öldürülən 129 qadının başladığı mübarizənin qadın hüquqlarının genişləndirilməsi, qadın həmrəyliyinin simvolu olaraq qəbul edilməsi üçün hər il 8 martın Beynəlxalq Çalışan Qadınlar Günü kimi qeyd olunmasını təklif etdi və müsbət qarşılandı. Amma bu gün bütün dünyada Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1977-ci ilin 16 dekabrında 8 martın Beynəlxalq Qadınlar Günü kimi keçirilməsinin qəbul və təsdiqindən sonra yerini qazandı. Beləliklə, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması bu tarixdən başlandı. Geri dön |