Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Birinci qrup Qarabağ müharibəsi əlili “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov açıqlama verdi
Birinci qrup Qarabağ müharibəsi əlili “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov açıqlama verdi |
Son vaxtlar bəzi yazılı və elektron mətbu orqanlarda müxtəlif məqsədlərə xidmət edən, əsassız və heç bir məntiqə uyğun olmayan yazılar verilir ki, bu cür subyektiv fikirlər və qərəzli yanaşmalardan ibarət olan yazılar insanlar arasında çaşqınlıq yaratması ilə yanaşı, cəmiyyətdə ciddi parçalanmaya səbəb olur.
Mən Qarabağda döyüşmüş, torpaqlarımızın müdafiəsi uğrunda canından və qanından keçmiş bütün soydaşlarımızla hər zaman fəxr etmişəm və hesab edirəm ki, onların hər biri ayrı- ayrılıqda qəhrəmandırlar. Bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında dərin ehtiramla baş əyirəm və hesab edirəm ki, torpaqlarımızı müdafiə etmək, vahid düşmənə qarşı vuruşmaq, eyni məqsəd uğrunda mübarizə aparmaq ilk növbədə bizim kişilik və vətəndaşlıq borcumuzdur. Hər zaman bu istiqamətdə kiminsə fəaliyyətinin həddindən atrıq şişirdilməsinin və ya kimlərinsə layiq olduğu dəyər və qiymətinin üzərinə kölgə salınıb şübhə altına alınmasının qəti əlehinə olmuşam. Qeyd edirəm ki, beynəlxalq terrorçu Monte Melkonyanın məhf edilməsi ilə bağlı irəli sürülən iddialar, açılan mübahisələr tamamilə yersiz və mənasız bir işdir və əslində erməni dəyirmanına su tökənlərdən, bu məsələdən öz çirkin niyyətləri üçün istifadə etməyə çalışan insanlardan başqa heç kimə lazım deyil. Müxtəlif maraqlara xidmət edən bəzi üzdəniraqlar, hətta mənim adımdan istifadə edərək bu mübahisənin dərinləşməsi üçün yazılı və elektron informasiya vasitələrində yazılar yerləşdirməklə bu cür, ucuz olduğu qədər də təhlükəli mübahisənin qızışdırılmasına rəvac verirlər. Çünki, burada əsas və gizli məqsəd Azərbaycan əsgərinin qəhrəmanlığını, onun hər şeydən yüksəkdə dayanan ləyaqətinin şübhə altına alınmasından, böyüməkdə olan gənc nəsildə yanlış fikirlərin formalaşdırılmasından ibarətdir. Qarşıda daha vacib işlərimizin, daha böyük hədəflərimizin olduğu bir zamanda belə cılız və mənasız mövzularla cəmiyyətimizdə ikitirəliyin yaradılması cəhdləri ümumi işimizə vurulan zərbədən başqa bir şey deyildir. Bu mövzunun uzadılması, yersiz rəy və şərhlərin verilməsi artıq insanlar tərəfindən ikrah hissi ilə qarşılandığından düşünürəm ki, buna birdəfəlik son qoyulmalıdır və bildirirəm ki, bu mövzuda dərc olunacaq yazılara mənim tərəfimdən heç bir cavab və açıqlama verilməyəcəkdir. Qarabağ müharibəsi veteranlarından, keçmiş döyüş yoldaşlarımdan, eyni zamanda ətrafımda olan insanlardan xahiş edirəm əsas məqsədi yanlış fikir formalaşdırmaqla Qarabağ müharibəsi iştirakçıları arasında parçalanmaya və cəmiyyətdə ciddi qarşıdurmaya səbəb olan bu tip yazılara hər hansı şəkildə münasibət bildirməsinlər. Geri dön |