Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pandemiya Avropada onlayn alış-veriş sahəsində böyük canlanma yaradıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Pandemiya Avropada onlayn alış-veriş sahəsində böyük canlanma yaradıb

Pandemiya Avropada onlayn alış-veriş sahəsində böyük canlanma yaradıb


Pandemiya dövründə ticarət obyektlərinin bağlanmasına baxmayaraq, mağazaları gəzmək həvəsi onlayn alış-verişin kəskin şəkildə artmasına səbəb olub.

Avropa Statistika Bürosunun məlumatlarına istinadla xəbər verir ki, Macarıstanda internet istifadəçilərinin təxminən 70 faizi bu xidmət vasitəsilə onlayn alış-veriş etməklə yanaşı, digər internet sahələrindən də istifadə edirlər.

Avropa İttifaqında onlayn alış-veriş edən internet istifadəçilərinin orta göstəricisi 72 faiz təşkil edir. Yəni, macarlar, bu baxımdan Avropanın orta statistik göstəricisindən çox da geri qalmırlar. Pandemiyayadək olan dövrlə müqayisədə ölkədə onlayn alış-verişdə təxminən 23 faiz artım qeydə alınıb.

Pandemiya zamanı niderlandlılar daha çox (İnternet istifadəçilərinin 91 faizi) onlayn alış-veriş ediblər. İkinci yerdə danimarkalılar (90 faiz), sonrakı yerlərdə isə almanlar (87 faiz), isveçlilər (86 faiz) və irlandiyalılar (81 faiz) gəlir. Hazırda onlayn alış-veriş xidmətindən ən az istifadə edənlər bolqarlar (42 faiz), rumınlar (45 faiz ) və italyanlardır (49 faiz).

Macarıstandan başqa, bu sahədə kəskin canlanma Rumıniyada (27 faiz), Çexiyada və Xorvatiyada (25 faiz) müşahidə olunub.

Geri dön