Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İlahə Şükrüllahi:Güney Azərbaycanlı qadınların durumu çox ağırdır
İlahə Şükrüllahi:Güney Azərbaycanlı qadınların durumu çox ağırdır |
Təbrizli İlahə Şükrüllahi Amerikanın Səsinə müsahibədə Güney Azərbaycanında qadınların üzləşdiyi çoxsaylı problemlərdən bəhs edir.
İlahə xanımın sözlərinə görə İslam Respublikasına tətbiq olunmuş beynəlxalq sanksiyalar ölkədəki iqtisadi durumu əvvəlkindən də xeyli pisləşdirib, və nəticədə qiymətlər bahalaşıb. Qadınlar üçün ailələrini dolandırmaq olduqca çətindir. Çörəkdən tutmuş paltaradək əksər malların qiyməti son bir ildə az qala iki dəfə artıb. İlahə xanım Güney Azərbaycanında işsizliyin böyük problem olduğunu qeyd edir. Onun sözlərinə görə qadınlar üçün iş tapmaq xeyli çətindir. Tək yaxud boşanmış qadınlar isə iş yerində əlavə təzyiqlərlə üzləşirlər. Belə ki, qadınların tək olduğunu bilən kişilər adətən onları seksual istismara məruz qoymağa cəhd göstərirlər. Bir qadın əgər boşanmış olursa, cəmiyyətin ona baxışları çox fərqli olur. Həmin qadının normal iş tapması çox çətin olur. Qadının işlədiyi yerdə bilsələr ki, o, boşanıb, o, kişilərdən cinsi tələblərlə üzləşəcək. Vaxt var idi ki, Güney Azərbaycanında qızlar ailə qurmaqda müəyyən seçimə malik idilər. Lakin iqtisadi çətinliklər onların həyat və iş imkanlarını məhdudlaşdırıb. Hazırkı vəziyyətdə əksər qadınlar maddi dolanışığı təmin etməkdən ötrü arzulamadıqları seçimlər etmək məcburiyyətində qalırlar. Geri dön |