Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daha hansı partiyalar YAP-a birləşə bilər? - siyasilərdən rəy
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Daha hansı partiyalar YAP-a birləşə bilər? - siyasilərdən rəy

Daha hansı partiyalar YAP-a birləşə bilər? - siyasilərdən rəy


Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən qurultayında ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın ona qoşulması günlərdir ki, müzakirə mövzusudur. “Digər partiyalar da belə bir qərar verə bilərmi” sualı ətrafında fikirlər səslənməkdədir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev partiyaların birləşməsinə normal baxır:

“Hər zaman bu fikri bildirmişəm ki, oxşar ideologiyası olan partiyaların birləşməsi mümkündür. Ümummilli məsələlərdə isə birmənalı vahid mövqedən çıxış etmək lazımdır. Müharibədən əvvəl partiyaların bir mövqedən çıxış etməsi, iqtidarla müxalifətin birgə davranışı bunu göstərdi. Cəmiyyətdə birgə nizamnamələri olan partiyalar var ki, onların birləşməsi mümkündür. Amma Yeni Azərbaycan Partiyası ilə rəhbəri olduğum partiyanın birləşməsi mümkün deyil. Lakin bizim partiya ilə oxşarlığı olan qurumlar var. Müraciətlər olarsa, birləşmə ilə bağlı müzakirələr gedə bilər. Onu da deyim ki, biz blok siyasəti yürütmürük. Çünki müşahidə etdik ki, müəyyən dövrlərdə yaradılan blokların, birliklərin bir-birinə qarşı sonradan kampaniyaları başladı. Həm də onu gördük ki, blokların tərkibində olan partiyaların yanlışları olur və sən də bu yanlışlığı istər-istəməz daşıyırsan. Amma milli məsələlərdə bir yerdə hər an olmaq mümkündür.

Fərəc Quliyev: “YAP-la rəhbəri olduğum partiyanın birləşməsi mümkün deyil”

İqtidar partiyasına birləşənlərin qərarına müsbət baxıram. Hesab edirəm ki, bu, hakim partiyanın uğurudur. Orada kadrların yenilənməsi, YAP-a yeni nəfəsin gəlməsi baxımından da əhəmiyyətlidir. Amerika modeli var. Deyək ki, iki aparıcı partiya var və onlar ölkənin taleyini həll edirlər. Düşünürəm ki, Azərbaycanda müxalifət düşərgəsində təmərküzləşmə gedəcəkdir. Bu, işin xeyrinə olar. Əgər gələcəkdə seçkilər proporsional şəkildə gedərsə, partiya sıralarında özünü tanıtmış adamlar daha çox yarışlara qatıla bilərlər. Bu, parlamentin də səviyyəsinə xeyli dərəcədə təsir edə bilər. Gələcəkdə hansısa partiyalar birləşəcəksə, bunu sadəcə alqışlayaram. Amma bizim hələlik heç bir partiya ilə birləşmək kimi düşüncəmiz yoxdur. Bu heç müzakirə mövzusu da deyil. Bizim düşüncəmiz Azərbaycan mərkəzli türk düşüncə sistemidir. Bütöv Azərbaycançı və Turançıyıq. Bu xəttə uyğun təşkilatlar olacaqsa, müzakirələr apara bilərik. Amma hələ ki belə bir müraciət yoxdur”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”

Geri dön