Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > İƏİT: İspaniya ötən il ən böyük iqtisadi kollapsa məruz qalıb
İƏİT: İspaniya ötən il ən böyük iqtisadi kollapsa məruz qalıb |
2020-ci ildə iqtisadi cəhətdən bütün inkişaf etmiş ölkələri bürüyən qlobal iqtisadi böhran İspaniyaya da ciddi ziyan vurub.
Bunları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) bu barədəki hesabatında bəyan edib. İƏİT-in məlumatlarına görə, 2020-ci ildə dünya üzrə ÜDM-də azalma 7,6 faiz təşkil edib. İƏİT-in dünya üzrə yeni proqnozunda qeyd olunur ki, İspaniyada ÜDM-nin 11 faiz azalması Avropa İttifaqının istənilən iqtisadiyyat nəhənginin, hətta Cənubi Afrikanın (-7,2 faiz), Meksikanın (-8,5 faiz) və Argentinanın (10 faiz) iqtisadiyyatındakı mövcud tənəzzülü üstələyir. İspaniya ÜDM-ində tarixi azalma turizm və qonaqpərvərlik sektorundakı mövcud asılılıqla bağlıdır. İƏİT İspaniyada ÜDM-nin azalmasını həm də koronavirus pandemiyası əleyhinə mübarizə tədbirlərinin ləngiməsi ilə əlaqələndirir. Bununla belə, İƏİT 2021-ci ildə İspaniyanın iqtisadiyyatının 5,7 faiz və 2022-ci ildə isə 4,8 faiz artacağını ehtimal edir. İƏİT-in verdiyi proqnoza görə, Aİ iqtisadiyyatı 2021-ci ildə 3,9 faiz, 2022-ci ildə isə 3,8 faiz artacaq. Eyni zamanda, dünya iqtisadiyyatı 2021-ci ildə 5,6 faiz bərpa olunacaq ki, bu da 1,4 bənd nəzərəçarpacaq artım deməkdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ümidverici proqnozları effektiv peyvənd kampaniyasının aparılması, bəzi ölkələrdə, xüsusən də ABŞ-da əlavə maliyyə tədbirlərinin elan edilməsi və koronavirusla mübarizədə uğurlu tədbirlərin görülməsi ilə əlaqədardır. Geri dön |