Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Dünyanın dadı” müsabiqəsinin vaxtı uzadılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Dünyanın dadı” müsabiqəsinin vaxtı uzadılıb

“Dünyanın dadı” müsabiqəsinin vaxtı uzadılıb


“Facebook” sosial şəbəkəsinin ən dadlı kulinariya qruplarının biri olan “Азербайджанская Кухня и не только” qrupunda 3 ay nəzərdə tutulan layihə - “Dünyanın dadı” daha 12 həftəlik uzadılıb.

iştirakçıların böyük marağını və aktivliyini nəzərə alan təşkilatçılar bütün dünyanı əhatə etmək üçün daha 12 bölgənin mətbəxlərini kəşf etmək qərarına gəliblər.

Xatırladaq ki, bu müsabiqə çərçivəsində iştirakçılar virtual olaraq ölkələri gəzib həmin ölkələrin mətbəxlərinə aid yeməklər hazırlayırlar. Həftənin sonunda isə peşəkar aşpaz Mehman Hüseynov bütün iştirakçıların işlərini qiymətləndirərək qalibləri seçir və onlar müsabiqənin sponsorları tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılırlar.

Son 3 ay ərzində qrup iştirakçıları artıq 13 ölkəyə baş çəkiblər. Bu ölkələr arasında Türkiyə, İtaliya, Yaponiya, Gürcüstan, Macarıstan, Meksika, Azərbaycan, İspaniya, Çin, Hindistan, Ukrayna, Amerika, İsrail yer alır. Bu müddət ərzində qrupda 700-a yaxın resept paylaşılıb, müsabiqədə 250-dən çox həvəskar aşpaz iştirak edib. Bu həftə qrup iştirakçıları virtual olaraq Pakistandadırlar.

“Bu müsabiqə 3 aylıq planlaşdırırlmışdı, amma çoxsaylı xahişləri və dünyanı hələ tam olaraq “gəzmədiyimizi” nəzərə alaraq davam etməyi qərara aldıq və beləcə daha 12 bölgəyə virtual səyahət planlaşdırıldı. Xatırladım ki, müsabiqənin əsas məqsədi karantin zamanı qrup iştirakçılarına mənəvi dəstək olmaq, onları gündəlik qayğılardan uzaqlaşdırmaq, dünya mətbəxini kəşf etmək, ailə menyumuzu genişləndirmək, daha maraqlı və çeşidli etmək və ən əsası dünya mətbəxini daha əlçatan etməkdir. Bişirməyi sevən hər kəsi bizim mehriban qrupumuza dəvət edirəm”, - deyə qrupun admini və müsabiqənin müəllifi Kübra Kərimli vurğulayıb.

Müsabiqənin Bakı əhalisi arasında keçiriləcəyi planlaşdırılsa da, dünyanın müxtəlif nöqtələrindən - Türkiyə, Macarıstan, Kanada, Rusiya, Ukrayna, Qazaxıstan, Amerika və başqa ölkələrdən, həmçinin Azərbaycanın digər şəhər və rayonlarından iştirakçılar var.

Xatırladaq ki, növbəti həftələrdə qrup üzvlərini Afrika, Koreya, Baltikyani ölkələr, Özbəkistan, Avstraliya, İran və s. ölkələrə virtual səyahətlər gözləyir.

Müsabiqəyə qoşulmaq üçün “Facebook”dakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/

Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılıb.

Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 20 mindən çox üzvü var.

Geri dön