Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Unudulmaqda olan abidələrimiz: Varazuğun məbədi
Unudulmaqda olan abidələrimiz: Varazuğun məbədi |
Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, mədəni irsin araşdırılması üzrə ekspert Faiq İsmayılovun Qarabağdakı abidələrimizlə bağlı apardığı araşdırmaları təqdim edir. Bu silsilədən olan növbəti məqalə Laçının tarixi tikililərindən olan Varazuğun məbədi haqqındadır.
Ermənistanın son 28 ildə işğal altında saxladığı Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrimizi özünküləşdirməsi, faktiki olaraq ölkəmizi öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid etmişdi. Əslində bu, müharibə cinayəti idi. Məhz buna görə də Ermənistan işğal altında saxladığı ərazilərimizdə müxtəlif əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrimizi və daşınan mədəni irs nümunələrimizi dağıdaraq bir qismini məhv edib, qalanlarını isə mənimsəməklə qeyri-qanuni fəaliyyət həyata keçiriblər. Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasət nəticəsində Dağlıq Qarabağ və onun ətraf ərazilərində 10 mindən çox yer adları, daşınmaz tarix və mədəniyyət abidələrimizin adları və yüzlərlə toponimlər dəyişdirilərək, erməni adları ilə əvəzlənib. Düşmən azərbaycanlıların yaşadıqları kənd və şəhərləri xarabalığa çevirib, çoxlu sayda erməni kilsələri inşa edib. Eləcə də, işğal altındakı bütün ərazilərdə yüzlərlə erməni xaç nişanları quraşdırılıb, tanınmış erməni terrorçularının xatirəsinə memorial komplekslər tikilib. Ermənistanın hərbi təcavüzü nəticəsində 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq, 747 arxeoloji, 64 bağ-park, monumental və xatirə abidəsi, 23 muzey, 102 min 757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 min arxivləşdirilmiş sənəd, 50 mindən çox vətəndaşın şəxsi kolleksiyalarına aid, tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) dağıdılıb, məhv edilib və ya mənimsənilib. Məlumdur ki, ərazilərimiz 30 ilə yaxındır erməni işğalı altında olduğundan həmin yerlərdə tarix və mədəniyyət abidələrimizin qeydiyyatı aparılmayıb və yaxud sovet dövründən qalmış siyahılara istinad edilir. Apardığımız tədqiqatlar nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə tərəfimizdən 2645 tarix və mədəniyyət abidəsi aşkar edilib. Bu, sovet siyahıları əsasında qeydə alınan rəqəmlərdən 3 dəfə çoxdur. Ona görə də, bu abidələrin qeydiyyatına tezliklə başlamaq lazımdır. Unudulan abidələrimizdən biri də Varazuğun məbədidir. Varazuğun məbədi Laçın rayonunun Qarıqışlaq kəndindən 4 kilometr məsafədə, Bozlu kəndi istiqamətində, Laçın Minkənd şose yolunun sağ tərəfində yoldan 2 kilometr yuxarıda, dağın zirvəsində yerləşir. Varazuğun rayonun qışlaq ərazilərindən biridir. Bu qışlaqda sovetlər dönəmində Ocaqqulu adına kolxozun (Əhmədli kəndinin) mal-qarası bəslənirdi. 1992-ci il işğalından sonra ermənilər bu ərazini Varazqom adlandırmağa başladılar. Tarixi baxımdan Varazuğun ərazisi hələ tam tədqiq edilməsə də, burada Azərbaycanın xeyli sayda tarix-mədəniyyət və memarlıq nümunələri var. Burada IX–XII əsrlərdə inşa edildiyi güman edilən nadir memarlıq nümunələri, ibtidai insanların yaşayış məskənləri, qədim yaşayış yerləri, kahalar, yaşayış evlərinin qalıqları və daş fiqurlar mövcuddur və onlar tədqiq olunmalıdır. Əsrlərin sərt sınaqlarına tab gətirərək, hələ də öz əzəmətini dövrümüzə qədər qoruyub saxlaya bilmiş unikal, böyük dəyərlərə malik Varazuğun məbədində iki altar apsidi kümbəzlə kəsişir. Etiraf etmək lazımdır ki, bu tipli abidələrdə altar apsidlərinin sayı adətən fərqli olur. Belə ki, biz bir, üç və ya dörd altarlı tikintilərə rast gəlirik. Lakin ikiqat altarlara malik fraqmentlərə biz Varazuğun məbədindən başqa heç yerdə rast gəlmədik. Bu unikal məbədin tikintisində pud daşlardan və əhəngdən istifadə edilib. İki otaqdan ibarət olan bu məbədin üstü bir kümbəzlə örtülüb. Abidənin memarlıq quruluşu və konstruksiyası onun IX-XII əsrlərə aid olduğunu sübut edir. Abidə slindrik formada inşa edilib. İnşa zamanı Gümbəzə birləşən ikiqat plyastrlar şərq və qərb tərəfə axıra qədər uzanaraq təbii bir gözəllik yaradır. Məbədin xaricdən ölçüsü 10,55 x 10,00 metr, hündürlüyü 9,60 metr, divarının eni isə 0,95 metrdir. Abidənin tikinti quruluşu deməyə əsas verir ki, o, xristianlığa qədər olan tikintilərdəndir. Bizlər dağılmaqda olan mədəni irsimizi bərpa etməli və onu gələcək nəsillərə ötürməliyik. Varazuğun məbədi də onlardan biridir. Geri dön |