Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Tikinti materiallarının istehsalı 13,2 faiz artıb
Tikinti materiallarının istehsalı 13,2 faiz artıb |
Cari ilin yanvar-fevral aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 82 milyon manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində tikinti gipsinin istehsalı 4 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 19,5 faiz, tikinti əhənginin istehsalı 18,4 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 14,7 faiz artıb. Həmçinin tikinti kərpicinin istehsalı 7,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 20,4 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan olan məmulatların istehsalı 65,7 faiz, asfaltın istehsalı isə 77,6 faiz azalıb. Geri dön |