Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Meksika Azərbaycanın güclü dövlət olmasını nəzərə almalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Meksika Azərbaycanın güclü dövlət olmasını nəzərə almalıdır

Meksika Azərbaycanın güclü dövlət olmasını nəzərə almalıdır


“Ermənistan dövləti və erməni lobbisi Azərbaycanın xaricdəki abidələrinə kütləvi hücuma keçib”. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev “Media forum” saytına belə deyib.

XİN rəsmisi qeyd edib ki, Meksika paytaxtı Mexikoda Azərbaycan-Meksika dostluq parkının açılması, orada Azərbaycana aid abidələrin ucaldılması iki dövlət və xalq arasında dostluğu simvollaşdırır: “Bu addımlar ikitərəfli münasibətlərin inkişafı üçün atılmışdı. Meksika Latın Amerikasında Xocalı soyqırımını parlament səviyyəsində tanıyan ilk ölkədir. Bu parkların açılması, abidələrin qoyulması Mexiko meriyasının qərarı ilə təsdiqlənib. Merin özü açılışlarda iştirak edib.

Bütün bunlar Ermənistana və erməni lobbisinə dinclik vermir. Onlar Azərbaycana aid bütün abidələrə müharibə elan ediblər. Bu abidələr onları qıcıqlandırır, Azərbaycan abidələrinin dünyada yayılması ilə barışa bilmirlər. Ona görə də Meksika dövlətinə, Mexiko şəhərinin rəhbərliyinə təzyiqlər edirlər. Meksikada bir neçə ştat erməni diasporunun təzyiqi altındadır. Bütövlükdə ermənilərin təzyiqi ilə belə bir vəziyyət yaranıb”.

Elman Abdullayev bildirib ki, Azərbaycanla Meksika arasındakı münasibətlərin böyük potensialı var. Onun fikrincə, bu potensiala diqqət yetirilməlidir və buna ciddi yanaşılmalıdır: “İki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün böyük potensial var. Belə bir halda Meksika ölkələrin maraqlarını, ən önəmlisi isə Azərbaycanın regiondakı liderliyini, güclü dövlət olmasını nəzərə almalıdır. Hazırda iki ölkə arasında məsələ ilə bağlı müzakirələr davam edir”.

Mexiko Paytaxt Komissiyası noyabrın 23-də meriyaya Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin abidəsini şəhərdən götürməyi tövsiyə edib. Meriyaya Xocalı faciəsi qurbanlarının memorialını götürmək də tövsiyə olunub. Abidələr bu ilin avqust ayında ucaldılıb.

Geri dön