Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Gülüstan və Türkmənçayla bağlı yeni TƏKLİF: “İri şəhərlərdə abidə kompleksi yaradılsın”
Gülüstan və Türkmənçayla bağlı yeni TƏKLİF: “İri şəhərlərdə abidə kompleksi yaradılsın” |
Hər bir xalq tarixində baş vermiş qanlı faciələri yaddaşında saxlayır, gələcək nəsillərə ötürür. Bunun üçün sənət əsərləri yaradılır. Romanlar yazılır, filmlər çəkilir, xatirə kompleksləri ucaldılır. “Holokost” qurbanlarının xatirəsinə İsraildə və digər ölkələrdə abidələr ucaldılıb. Alman faşizminin və rus bolşevizminin işğalına məruz qalmış Şərqi Avropa ölkələrində 1939-1945-ci illərdə baş vermiş faciələri özündə əks etdirən çoxsaylı abidə kompleksləri var.
Azərbaycanda Rus-sovet qoşunlarının 1990-cı ilin yanvarında Bakıda törətdiyi qanlı faciələri özündə əks etdirən çoxlu heykəllər ucaldılıb. Bakıda 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Sovet qoşun hissələri ilə birlikdə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırıma həsr olunuş “Ana harayı” abidəsi ucaldılıb. 50 milyonluq Azərbaycan xalqının milli faciələri tarixi Gülüstan və Türkmənçay sülh müqavilələrinin imzalanmasından sonra başlanıb. Qacar dövləti və Rus imperiyası arasında bağlanmış anlaşmaya əsasən Azərbaycan torpaqları iki hissəyə bölünüb. Qeyd edək ki, Gülüstan sülh müqaviləsi 24 oktyabr 1813-cü ildə, Gülüstan sülhü isə 10 fevral 1828-ci ildə imzalanıb. Əslində Gülüstan və Türkmənçay sülh müqavilələrinin imzalanması tarixi o taylı-bu taylı bütöv Azərbaycan xalqı üçün faciə günüdür. O zaman Azərbaycanın iri şəhərlərində bu faciəni özündə əks etdirən abidə kompleksi nədən ucaldılmasın? “Qoy insanlar bilsin ki, Azərbaycan xalqı ikiyə bölünüb” Milli Məclisin sabiq üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Günaz.tv-yə açıqlamasında deyib, bu olduqca aktual bir mövzudur: “Bu çox ciddi bir mövzudur, bunu mütəmadi olaraq gündəmdə tutmaq lazımdır. Mən ikinci dönəm Milli Məclisdə təmsil olunanda ilk çıxışım Gülüstan sülh müqaviləsinin qüvvədən düşməsi ilə bağlı idi. Bununla bağlı Milli Məclisə çağırış etdim. Əslində bu müqavilə qüvvədən düşüb. Sadəcə olaraq mənim çağırışım bu müqavilənin qüvvədən düşməsinin rəsmi olaraq qəbul edilməsi ilə bağlı idi. Bu müqavilə iki imperiya arasında bağlanıb. Azərbaycan iki yerə bölünəndən sonra bu imperiyalardan biri faktiki olaraq yoxdur artıq. Müqavilə Qacar dövləti ilə Rus imperiyası arasında bağlanmışdı. Bu gün Rus imperiyası varisi sayılan SSRİ dağılıb. Üstəlik Azərbaycanın quzeyi müstəqil dövlətdir. Türkmənçay müqaviləsinə qədər İrəvan xanlığı Rusiyaya birləşməmişdi. Bu müqavilə qüvvədən düşərsə İrəvanla bağlı ciddi hüquqi əsaslar əldə edəcəkdik. 1975-ci il konvensiyasına görə, işğala məruz qalan ölkə işğal edən ölkənin təəhhüdlərini daşımır. Bütün bunları nəzər alaraq Azərbaycan tərəfi bu məsələlərdən istifadə edə bilərdi. Mənim fikrimcə, faciələrimizin kökündə dayanan Gülüstan və Türkmənçay sülh müqaviləsi ilə bağlı ciddi şəkildə təbliğat aparılmalıdır. Tədricən hüquqi əsasları ictimailəşdirmək lazımdır. Beynəlxalq icitmaiyyətə bununla bağlı geniş məlumat verilməlidir. Azərbaycan günün birində özünün ədalətli status-kvosu üçün mübarizə aparanda dünya xalqları nə baş verdiyini bilsinlər. Azərbaycanın özündə də Gülüstan və Türkmənçay sülhünü tanıtmağa ehtiyac var. Bununla bağlı sənət əsərləri yaradılmalı, tələbə və gənclərə iş aparılmalıdır. Qoy böyüyən gənclik bilsin ki, Azərbaycan xalqına qarşı tarixi ədalətsizlik baş verib. Bu xalq ikiyə bölünüb”. “Bütöv Azərbaycan artıq utopiya deyil” Sabiq millət vəkili hesab edir ki, 50 milyonluq bir xalqın parçalanma tarixi və bütövləşmə istəyi yaşadılmalıdır: “Mən 1990-cı ildə Azərbaycan parlamentinə üzv seçilmişəm. 1991-ci ilin 18 oktyabrında Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktına imza atmış deputatlardan biriyəm. İstiqalçı millət vəkiliyəm. O zaman vizit kartıma “Şimali Azərbaycanın millət vəkili” yazdırmışdım. Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edəndə təklif etmişdim ki, ölkənin adı “Şimali Azərbaycan Respublikası” olsun. Belə olardısa ilk ağla gələn fikir “bu ölkənin güneyi də var” olacaqdı. Yəni dünya birliyinə informasiya verəcəkdik ki, müstəqil olan yalnız Azərbaycanın şimalıdır. Cənub işğal altındadır. Ölkənin adını “Şimali Azərbaycan Respublikası” qoysaydıq cənubla birləşmə üçün bir zəmin yaranacaqdı. Çox təəssüf ki, o zaman məni anlamadılar. O zaman Azərbaycanın bütövləşməsi ideyasına utopiya kimi baxılırdı. Amma sonrakı hadisələr göstərdi ki, utopiya kimi görünən çox ideyalar reallaşdı. Günün birində Azərbaycanın bütövlüyü məsələsi də aktuallaşacaq. Ona görə də sizin sual şəklində verdiyiniz, əslində təklifiniz çox aktualdır və yerindədir. Bu təklifi dəstəkləyirəm. Gülüstan və Türkmənçay müqavilələrinə həsr olunmuş abidə komplekslərinin qoyulması mümkündür”. “Bu adibələr müqavilənin imzalandığı yerdə ucaldılmalıdır” Ayxan Turan/gunaz.tv Geri dön |