Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qarabağa səfəri yüksək qiymətləndirirəm” – Partiya sədri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Qarabağa səfəri yüksək qiymətləndirirəm” – Partiya sədri

“Qarabağa səfəri yüksək qiymətləndirirəm” – Partiya sədri


Bu gün siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Səfər proqramına görə, partiya sədrləri işğaldan azad edilmiş Ağdam və digər ərazilərə baş çəkəcək, erməni vəhşiliyi nəticəsində viran qalmış kənd və şəhərlərdəki vəziyyətlə tanış olacaqlar.

Əksər partiya sədrlərinin və təmsilçilərinin yer aldığı heyətə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev rəhbərlik edir.

Xatırladaq ki, bundan əvvəl media və QHT rəhbərlərinin, bloqqerlərin Qarabağa səfəri təşkil olunmuşdu.

Üzürlü səbəblərdən səfərdə iştirak etməyən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bu cür səfərlərin təşkilini çox yüksək qiymətləndirib:

“Partiya sədrlərinin, bundan əvvəl isə QHT nümayəndlərinin, jurnalistlərin Qarabağa səfər etməsi vacib və lazımlıdır. Birmənalı şəkildə hər kəs gördüklərini imkan daxilində ictimailəşdirməlidir. Digər tərəfdən əhali ilə görüşlərində orada gördüklərini danışmalıdırlar. Bu mənada bir körpü rolunu oynamalıdır. Üstəlik bərpa işləri ilə bağlı təkliflərlə çıxış edə bilərlər. Ən ümdə məsələ isə azad olunmuş torpaqlarımızı ziyarət etməliyik.

Düşmənlərimiz də bu ziyarətlərə baxırlar. Hesab edirəm ki, böyük zəfərdən sonra düşmənin dağıdılmış istehkamlarını, viran qoyulan ərazilərimizi görmək vacibdir. Ona görə ki, bundan sonra ayıq olaq, itkilər verməyək. Düşmənə olan nifrətimizi içimizdə bəsləyək. Düşünürəm ki, gələcəkdə gənclər təşkilatlarını, tələbələri də Qarabağa aparmaqla səfərləri zənginləşdirmək üçün. Mən bu məsələyə çox müsbət baxıram”.

Vilayət Muxtar/Cebhe.info

Geri dön