Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İran dünyada sülhə qarşı təhdiddir
İran dünyada sülhə qarşı təhdiddir |
Con Makkeyn: «Bu ölkə həm də dünyada terrorçu qrupları təşkilatlandırmaqla məşğul olur və onlara dəstək verir»
«The Sunday Times»: İsrailin kəşfiyyat peykləri İran limanında Qəzzaya göndərilməsi planlaşdırılan raketlərlə dolu gəmilər aşkar edib ABŞ-ın Respublikaçılar Partiyasından senator Con Makkeyn jurnalistlərə açıqlamasında İrandan danışıb. O deyib ki, İsrail İranın nüvə proqramına qarşı çıxacağı təqdirdə rəsmi Tehranın Livan «Hizbullah»ına və fələstinli qruplara verdiyi uzaqmənzilli raketlər İsrail üçün böyük bir təhdid sayılacaq: «İranın Livan «Hizbullah»ına verdiyi on minlərlə raket İsraili həmin qruplaşmanın ciddi təhdidilə üz-üzə qoyub. Güman edirəm ki, iranlılar bu əməllərinin onlar üçün çox baha başa gələcəyini görməyincə bu işlərindən əl çəkməyəcəklər. Nəzərə almalıyıq ki, İran təkcə nüvə silahına yiyələnməklə kifayətlənmir. Tehran həm də dünyada terrorçu qrupları təşkilatlandırmaqla məşğul olur və onlara dəstək verir. İran dünyada sülhə və əmin-amanlığa qarşı təhdiddir. Məhz buna görə də biz onun bu təhdidinə qarşı strategiyanı inkişaf etdirməliyik. ABŞ və İsrail İrana «qırmızı xətt» təyin etməli, onun bu qırmızı xətti keçməsinə imkan verməməlidir». Bu arada İsrailin kəşfiyyat peykləri İran limanında Qəzzaya göndərilməsi planlaşdırılan raketlərlə dolu gəmilər aşkar edib. Bu barədə Böyük Britaniyada nəşr olunan «The Sunday Times» qəzeti yazıb. Xəbərdə bildirilir ki, gəmidə ötən həftə İsrailə atılan «Fəcr-5″, eyni zamanda ölkəyə bilavasitə hücum etmək üçün təhlükə yaradacaq ballistik «Şahab-3″ raketləri olub: «Yük ənənəvi marşrut üzrə Misir və Sudana yaxın Qırmızı dənizdən keçməliymiş. Yük ötən həftə İsraillə Qəzza arasında münaqişə davam edən zaman göndərilməyə hazırlanıb». «İran, Suriya, İraq və Ermənistan PKK-ya dəstək verir» İdris Haim Şahin: «Yaralı PKK-çıların İrandakı xəstəxanalarda müalicə aldıqları məlumdur» İran parlamentinin sədri Əli Laricani İstanbulda olduğu saatlarda Türkiyənin daxili işlər naziri İdris Naim Şahin şok açıqlama verib. Milliyətçi mövqeyilə seçilən İdris Naim Şahin «TRT Haber» telekanalına açıqlamasında deyib ki, İranın PKK terror təşkilatına dəstək verdiyini bilirlər. O bildirib ki, Şəmdinlidə, Yüksəkovada döyüşlərdə yaralanan PKK terror təşkilatının üzvlərinin İrandakı xəstəxanalarda müalicə aldıqları məlumdur: «Terrorçuların ifadələri də zatən bu məlumatları təsdiqləyir. İran hazırda ən azı PKK terror təşkilatının fəaliyyətinə göz yummaqla terror təşkilatını dəstəkləyir. İranla bərabər, Suriya, İraq və Ermənistan da PKK-nı dəstəkləyir». İdris Naim Şahin ilk dəfə diplomatik tərzi bir kənara qoyaraq, açıq şəkildə PKK terror təşkilatını dəstəkləyən ölkələrin adlarını açıqlayıb və bu ölkələrin terror təşkilatını dəstəkləməsi barədə Türkiyədə dəqiq məlumatların olduğunu söyləyib. Əhmədinejadın karikaturasını dərc edən qəzet bağlandı İran prezidenti Mahmud Əhmədinejadın karikaturasını dərc edən «Məğrib» qəzetinin yayımı dayandırılıb. Noyabrın 23-də çıxan «Sorğu-suala xitam» başlıqlı karikaturada Əhmədinejad gülə-gülə, bir kağızı cırarkən təsvir edilir. Bu, prezidentin İran deputatlarının iradəsinə qalib gəlməsinə işarədir. Əhmədinejadın karikaturasının dərc olunması İran İslami İrşad və Mədəniyyət Nazirliyinin etirazıyla qarşılanıb. Nazirliyin rəsmisi Pedram Pakayin jurnalistlərə açıqlamasında «Məğrib» qəzetini mətbuat haqda qanunu pozmaqda və ölkənin milli mənafeyinə qarşı çıxmaqda günahlandırıb. Qəzetin redaksiya heyəti noyabrın 26-da bəyanat yayaraq təzyiqlər nəticəsində fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını bildirib. Xatırladaq ki, noyabrın 4-də İran parlamentinə prezidentin dindirilməsilə bağlı layihə təqdim edilib. Layihəni 77 deputat imzalayıb. Onlar Əhmədinejadın parlamentdə valyuta böhranı və digər iqtisadi problemlərlə bağlı suallara cavab verməsini istəyiblər. İranın ali dini lideri, ayətullah Əli Xamneyi noyabrın 21-də İran parlamentinin deputatlarından prezident Mahmud Əhmədinejadın dindirilməsi prosesini dayandırmalarını istəyib. Həmin gün deputatlar prezidentin parlamentdə dindirilməsi layihəsini geri götürüblər. İran ABŞ-la müzakirələr aparması üçün ön şərt irəli sürəcək «ABŞ prezidenti Barak Obamanın seçkidən sonra İranla birbaşa müzakirə masasına oturmağa səy göstərəcəyilə bağlı verdiyi vəd media üçün hesablanmış söz idi». Bunu İran parlamentinin deputatı Hüseyin Nəcabət bildirib. Onun sözlərinə görə, sırf söz verməklə hər hansı bir inkişafın qeydə alınması mümkün deyil: «İranla ABŞ arasında müzakirələrin həyata keçirilməsi üçün ən əsası dialoqun hansı səviyyədə və hansı məqsədlə keçirildiyi müəyyənləşdirilməlidir». Hüseyin Nəcabət deyib ki, İran ABŞ-la müzakirələr aparması üçün ön şərt irəli sürəcək: «ABŞ etimad mühiti yaratmaq üçün şah dövründə sanksiya tətbiq etdiyi İranın bu ölkədəki mal varlığını azad etməlidir». İranlı deputat əlavə edib ki, İrana qarşı sanksiyalar davam etdiyi müddətdə rəsmi Tehrandan ABŞ-la müzakirə masasına oturmağı gözləməmək lazımdır». İran «Patriot»lardan şoka düşüb «Türkiyənin Suriya ilə sərhədə «Patriot» raketləri yerləşdirməsi regional müharibəyə səbəb ola bilər». Bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının mətbuat katibi Hüseyn Nəqəvi Hüseyni bildirib. Onun sözlərinə görə, Türkiyənin «Patriot» raketlərini Suriya sərhədinə yerləşdirməsi bu ölkəyə qarşı müharibə elan etmək mənasını verir: «Ona görə də Türkiyə dərhal tələbini geri çəkməlidir. Əks təqdirdə bölgə ölkələri sistemin yerləşdirilməsi nəticəsində baş verəcək müharibəyə görə rəsmi Ankaranı qınayacaqlar». Hüseyn Nəqəvi Orta Şərq ölkələrini də məsələyə ciddi reaksiya verməyə çağırıb: «Bölgə ölkələri bununla bağlı BMT-yə şikayət etməlidir. NATO Liviyaya da hərbi müdaxilə etmişdi. Ancaq Suriyadakı şərtlər Liviya ilə eyni deyil. Çünki Suriyada baş verəcək müharibə Avropa ölkələrinə də ciddi ziyan vuracaq». Geri dön |