Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Martın 19-u Ümumdünya Yuxu Günüdür
Martın 19-u Ümumdünya Yuxu Günüdür |
Ümumdünya Yuxu Günü ilk dəfə 2008-ci ilin martında qeyd edilib və həmin vaxtdan Dünya Səhiyyə Təşkilatının qərarı ilə sağlamlıq və yuxu problemləri çərçivəsində hər il martın üçüncü cümə günü Ümumdünya Yuxu Günü kimi tibbi tarixə daxil edilib.
Hesablamalara görə həyatımızın təxminən üçdəbiri yuxuda keçir və bu, orta hesabla ən azı iki on illik deməkdir. Yuxu zamanı bədən tamamilə hərəkətsiz olsa da, beyin işləməkdə davam edir. O, ötən gün ərzində alınan müxtəlif informasiyaları, necə deyərlər, yerbəyer edir, lazım olmayanı unudur. Yuxu orqanizmin xüsusi vəziyyətidir. Yuxu zamanı gün ərzində orqanizmin itirdiyi enerji bərpa olunur və əsəb sistemi nizama düşür, gümrahlıq hissi yaranır. Məhz onun sayəsində növbəti gün üçün toparlanmaq mümkündür. Ümumdünya Yuxu Günündə televiziya ilə sosialyönümlü reklam çarxları nümayiş olunur, müxtəlif konfrans və simpoziumlar təşkil edilir, yuxunun müxtəlif problemlərinə və onun pozulması, eləcə də orqanizmə təsiri ilə əlaqədar tədbirlər keçirilir. Yatmazdan qabaq bir neçə sadə qaydaya əməl etmək lazımdır. Yuxudan əvvəl alkoqol və tərkibində kofein olan məhsulları qəbul etmək əsəb sisteminə mənfi təsir göstərir. Axşam yeməyindən sonra yatana qədər 4 saata yaxın vaxt keçməlidir. Həkimlər pis yuxunu gələcəkdə insult, infarkt, hipertoniya və digər ciddi xəstəliklərə doğru addım hesab edirlər. Eyni zamanda, normal yuxu ürək-damar və bir çox başqa xəstəliklərin, həmçinin piylənmənin profilaktikası üçün təsirli vasitələrdən biridir. Mütəxəssislər iddia edirlər ki, doyunca yatmamaq nəinki işgüzarlıq keyfiyyətini aşağı salır, həm də əsəb gərginliyinə aparıb çıxarır. Ancaq çox yatmaq heç də az yatmaqdan az zərərli deyil. Alimlərin fikrincə, normal yuxu müddəti sutkada 7-8 saat təşkil etməlidir. Bəzi mütəxəssislər qadınların emosional olduğuna görə onlara daha çox yuxu lazım olduğunu hesab edirlər. Uşaqlara isə orqanizmin normal fəaliyyəti üçün sutkada ən azı 10 saat yatmaq lazımdır. Tam normal yuxu onlarda diqqətsizlik təzahürlərini azaltmağa və davranışı yaxşılaşdırmağa kömək edir. Geri dön |