Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Bu pislərin içərisində ən yaxşısı Paşinyandır” - AÇIQLAMA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > "Bu pislərin içərisində ən yaxşısı Paşinyandır” - AÇIQLAMA

"Bu pislərin içərisində ən yaxşısı Paşinyandır” - AÇIQLAMA


Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin tarixini açıqlayıb. Baş nazir seçkilərin cari ilin iyunun 20-də keçiriləcəyini bildirib.

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin tarixini açıqlayıb. Baş nazir seçkilərin cari ilin iyunun 20-də keçiriləcəyini bildirib.

Bəs bu seçkilərdən gözləntilər nədir? Paşinyanın hakimiyyətdən getmə ehtimalı nə qədərdir?

AZXEBER.COM bu sualla Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevə müraciət edib.

Onun sözlərinə görə, hazırda Nikol Paşinyanın vəziyyəti müxalifətin vəziyyətindən yaxşıdır: "Paşinyan dəfələrlə seçki haqqında danışıb və seçki hazırlığın bildirib. Əslində, rəy sorğularında Paşinyanın vəziyyəti müxalifətin vəziyyətindən qat-qat yaxşıdır. Respondentlərin 33 faizi seçkilər zamanı Paşinyanın partiyasına səs verəcəyini bildiriblər. Müxalifət tərəfində isə bu, 2-3 faiz təşkil edir. Ümumiyyətlə, söhbət bir fərddən getmir, müharibə ritorikası ilə çıxış edən müxalifət və müharibənin əleyhinə olan Paşinyan tərəfdarları zehniyyəti var. Burada müharibənin əleyhinə olanlar üstünlük təşkil edir. Bu səbəblərdən böyük ehtimal ki, Paşinyan seçkilərə gedəcək və qalib gələcək”.

Fərəc Quliyevin sözlərinə görə, biz Azərbaycan tərəfi olaraq bölgədə sülhü dəstəkləyən, Azərbaycan aktlarını tanımağa çalışan bir qüvvənin iş başında olmasının tərəfdarıyıq: "Biz Azərbaycan tərəfi olaraq, hansı erməninin yaxşı, ya pis olmasını ayrıd etmirik. Bölgədə sülhü dəstəkləyən, Azərbaycan aktlarını tanımağa çalışan, Türkiyə-Azərbaycan münasibətlərində yenidən revanşist çıxış etməyən bir qüvvənin iş başında olmasının tərəfdarıyıq. Revanşistlər gələcəksə, Azərbaycan ordusu yerindədir və hər kəsə də cavab vermək iqtidarındadır”.

Fərəc Quliyev onu da qeyd edib ki, Paşinyan hakimiyyətdə qalarsa bölgədə və Ermənistanın özündə sabitlik gözləmək daha normaldır: ”Artıq Ermənistan tərəfi ilk dəfədir ki, dırnaqarası "Böyük Ermənistan” yaratmaq düşüncəsinin həm fantastik, həm də özləri üçün təhlükə olduğunun fərqindədirlər. Buna görə də, Paşinyan hakimiyyətdə qalarsa, bölgədə və Ermənistanın özündə sabitlik gözləmək daha normaldır, nəinki başqalarının gəlişi. Demək istədiyim odur ki, bütün bu pislərin içərisində elə ən yaxşısı Paşinyandır”.

Aydın Nuri/AZXEBER.COM

Geri dön