Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Qarabağda erməniərin "rus dili təxribatı": "Onlar başqa məsələlərə də iştahlana bilər"-Partiya sədri
Qarabağda erməniərin "rus dili təxribatı": "Onlar başqa məsələlərə də iştahlana bilər"-Partiya sədri |
Ermənilərin növbəti təxribatı Azərbaycan ictimaiyyətinin narahatçılığına səbəb olub.
Azərbaycan Milli Məclisinin sabiq üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Günaz.TV-yə açıqlamasında bildirib ki, Azərbaycan qanunlarına görə, ölkə ərazisində ikinci dövlət ili ola bilməz: “Dövlət başçısı bu günlərdə onlara mesaj olaraq bildirdi ki, Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Burada ikinci dövlət dili ola bilməz. Qeyd etmişdi ki, Xankəndində olan sülhməramlılar rus hərbi bazası deyil. Vaxtı tamam olanda çıxıb gedəcəklər. Eyni zamanda qeyd etmişdi ki, biz Xankəndiyə də, Xocalıya da gedəcəyik. Azərbaycanın bütün hüquqlarını bərpa edəcəyik. Məncə bu yanaşmadan çıxış edərək Azərbaycanın Xarici İşlər Nazirliyi daha kəskin və geniş şəkildə bəyanat verməlidir”. Sabiq millət vəkili hesab edir ki, Rusiyanın sülhməramlı qüvvələrinə də mesaj verilməlidir. Fərəc Quliyevin fikrincə, Qarabağda yaşayan erməni icmasının bu kimi təxribatları davam edə bilər: “O icma nə qədər mövcuddur, onların rəhbərləri nə qədər ki ordadır, bu kimi oyunlar olacaq. Burada Rusiyanın da sözsüz ki, əli var. Əgər biz bu məsələlərə vaxtında reaksiya verməsək gələcəkdə başqa problemlər də çıxacaq. Onlara Rusiya pasportlarının verilməsi məsələsi gündəmə gələcək. Onlara Rusiya vətəndaşlığı verilərsə, “Rusiyanın öz vətəndaşlarının hüquqlarını qoruması” məsələsə gündəliyə çıxarıla bilər. Vaxtında və sərt reaksiya verilməlidir. Qoy görsünlər ki, Azərbaycan Xankəndidə bir ovuc erməninin nazı ilə oynamayacaq. İctimaiyyət də münasibətini bildirməlidir. Onlar Donbas, Dnestryanı, Abxaziya kimi məsələlərə iştahlana bilərlər. Xankəndidəki erməni icması Azərbaycan qanunları çərçivəsində yaşamağı qəbul edəcəklərsə, qalıb yaşasınlar. Yox, bunu bacarmayacaqlarsa, separatçılığa qarşı mübarizə məsələ, anit-terror əməliyyatə gündəmə gələ bilər”. Ayxan Turan/gunaz.tv Geri dön |