Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizin tarixi irsi məhv edilir: Qədim məzarlıq və daş kitabələr yox olmaq üzrədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizin tarixi irsi məhv edilir: Qədim məzarlıq və daş kitabələr yox olmaq üzrədir

Təbrizin tarixi irsi məhv edilir: Qədim məzarlıq və daş kitabələr yox olmaq üzrədir


İranın Mədəni İrs Təşkilatının laqeydliyi ucbatından qədim Asbos kəndində tarixi əhəmiyyətli məzarlıq və daş kitabələr dağıdılır.

Qeyd edək ki, Təbriz şəhərinin şərqində, Xosrovşah bölgəsində yerləşən Asbos kəndi çoxlu sayda tarixi məzarlıq və abidələrlə zəngindir.

Əlaqədar qurumların yarıtmazlığı ucbatından bölgədə olan bir çox məzarlıq və abidələr qanunsuz qazıntılar nəticəsində dağıdılıb.

Bir çox daş heykəllər və kitabələr tarixi əsərlərin qaçaqmalçılığı ilə məşğul olan işbazlar tərəfindən oğurlanıb. Abidələrin bir çoxu isə Tehran və İsfahan muzeylərinə aparılıb.


Təbrizin “azaranjoman” xəbər saytının verdiyi məlumata görə, həmin məzarlıqda mövcud olan neçə min illik daşlar və kitabələrin bir çoxu tikinti işlərində inşaat materialı kimi istifadə olunub.


Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində olan tarixi abidələrə lazımi diqqət göstərilmir.

Qorunmayan bu aidələr yerli və kənardan gələn tarixi əşya qaçaqmalçıların apardığı qazıntılar nəticəsində dağıdılır.

Geri dön