Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ÜST: İndiyədək istehsal olunmuş peyvənd dozalarının 76 faizi on ölkənin sərəncamındadır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > ÜST: İndiyədək istehsal olunmuş peyvənd dozalarının 76 faizi on ölkənin sərəncamındadır

ÜST: İndiyədək istehsal olunmuş peyvənd dozalarının 76 faizi on ölkənin sərəncamındadır


Hazırda dünyada koronavirusa qarşı istehsal olunmuş peyvənd dozalarının böyük əksəriyyəti, yəni 76 faizi on ölkənin sərəncamındadır.

Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb. Təşkilatın baş direktoru Tedros Qebreyesus peyvənd dozalarının bu cür paylanmasını tənqid edib və bildirib ki, qlobal böhrana qarşı birgə cavablar verilməlidir: “Qlobal çıxış yolu isə həmrəylikdən başlayır”.

Məlumata əsasən, ümumdünya vaksinasiya kampaniyasını lazımi şəkildə aparmaq üçün hazırda 25 milyard avroya ehtiyac var. Dünyanın bir sıra zəngin ölkələri əhalinin tələbatından artıq miqdarda peyvənd dozaları sifariş edib.

Geri dön