Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AzTU-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > AzTU-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib


Azərbaycan Texniki Universitetində (AzTU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “Unudulmaz faciə” adlı onlayn tədbir keçirilib.

Universitetdən verilən məlumata görə, tədbirdə ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən rektor Vilayət Vəliyev bildirib ki, azərbaycanlıların kütləvi qırğını, doğma yurdlarından didərgin salınması XX əsr tarixinin ən qanlı səhifələrindən biridir. Rektor qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Bakı, Şamaxı, Quba və digər bölgələrdə törətdikləri qətliamların əsas məqsədi azərbaycanlıları xalq olaraq yer üzündən silmək, onların tarixi torpaqlarına sahiblənmək idi. Bu soyqırımı zamanı minlərlə insan qətlə yetirilib. 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olunmasına baxmayaraq, Bakı şəhəri və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi. Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Qafqaz İslam Ordusunun tərkibində Osmanlı əsgərləri ilə yanaşı, Azərbaycan hərbçiləri də xidmət ediblər. Bu döyüşlərdə yüzlərlə Osmanlı və Azərbaycan əsgəri şəhidlik zirvəsinə ucalıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verilib.

Sonra Humanitar fənlər kafedrasının professoru Şikar Qasımov “Mart soyqırımı türk-müsəlmanlara qarşı erməni xislətinin və nifrətinin göstəricisi idi” mövzusunda, Xarici dillər kafedrasının müdiri f.e.d. Səbinə Alməmmədova isə “Ermənilərin riyakarlığı ermənilərin öz dili ilə” mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbirdə AzTU-nun televiziya studiyasının 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr etdiyi videoçarx nümayiş etdirilib, həmçinin tələbələrin ifasında şeirlər səsləndirilib.

Geri dön