Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zənganda quş əti bahalaşdı: Məhsul qıtlığı narazılıq yaratdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Zənganda quş əti bahalaşdı: Məhsul qıtlığı narazılıq yaratdı

Zənganda quş əti bahalaşdı: Məhsul qıtlığı narazılıq yaratdı


Əyalətdə quş əti məhsullarının qıtlığı bahalaşmaya səbəb olub. Bu isə əhalidə narazılıq yaradıb.

Zənganın kənd təsərrüfatı sahəsi üzrə məsullarından biri Cavad Tarasi bu gün “İSNA”-ya verdiyi açıqlamada bahalaşmanın qaçılmaz olduğunu deyib. Onun sözlərinə görə, qıtlığın aradan qaldırılması üçün yeganə yol məhsulun qiymətinin artmasıdır.



Zənganda gündəlik tələbatın 80 ton olduğunu bildirən Cavad Tarasi iddia edib ki, əhalinin quş əti ilə təminatında problem yoxdur. Əyalətdə çoxlu sayda quşçuluq fermalarının olduğunu bildirən Cavad Tarasi qıtlığın və bahalığın səbəblərinə aydınlıq gətirməkdən yayınıb.

Zəngan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının sədri Nasir Fəğfuri əyalətdə 15 gün içində quş ətinin ortalama 25 faiz bahalaşmasını kəsim yerlərinə ödənilən rüsumun artması ilə əlaqələndirib.



Qeyd edək ki, son həftələr bir sıra qida və quş əti məhsullarının qıtlığı və qiymətlərin gözlənilməz bahalaşması bir çox şəhərlərdə etirazlarla qarşılanıb.



Bundan öncə Təbrizdə quş əti və toyuq məhsulları satanlar qıtlığa və qiymətlərin bahalaşmasına etiraz olaraq üç dəfə aksiya keçiriblər.

Ancaq mətbuata açıqlama verən kənd təsərrüfatı sahəsi üzrə məsullar quş əti istehsalında heç bir problemin yaşanmadığını, sadəcə məhsulun paylanması prosesində çətinliklərin yarandığını iddia edib.

Geri dön