Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Türkiyədə koronavirus infeksiyasının yayılma tempi yenidən artıb
Türkiyədə koronavirus infeksiyasının yayılma tempi yenidən artıb |
Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında dinamik artım davam edir.
Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 5-də ölkədə 245 min 496 nəfər testdən keçirilib. Onlardan 42 min 551 nəfərdə infeksiyanın əlamətləri aşkarlanıb, 1706 nəfər xəstəxanalara cəlb edilib. Gün ərzində bu xəstəlikdən 193 nəfər ölüb, 25 min 627 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 3 milyon 529 min 601 nəfərdə virus aşkarlanıb, 32 min 456 nəfər ölüb. Hazırda 2 min 407 nəfər reanimasiyadadır. Ağır xəstə sayının durmadan artması ölüm hallarının yüksəlişinə birbaşa təsir göstərir. Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin əsasını virusa qarşı kütləvi peyvəndləmə təşkil edir. Ölkəyə müxtəlif növ vaksinlər gətirilməyə başlasa da, hazırda kütləvi peyvəndləmə Çindən alınan “Sinovac” vaksinini ilə aparılır. Səhiyyə naziri Fahrettin Koca son açıqlamalarının birində ifadə edib ki, peyvənd olunmaq virusdan qorunmaq üçün maska taxmaq və sosial məsafə saxlamaqdan daha səmərəli tədbirdir. Geri dön |