Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çox hörmətli media qurumları və İctimai birliklər!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Çox hörmətli media qurumları və İctimai birliklər!

Çox hörmətli media qurumları və İctimai birliklər!


Sizi dekabrın 6-da, saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində kecirəcəyimiz ABŞ konqresində 20 il əvvəl qəbul edilmiş 907-ci maddənin hələ də qüvvədə qalmasına etiraz olaraq tədbirə dəvət edirik.

Qeyd edək ki, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən qəbul edilən "Azadlığa Dəstək" Aktında Azərbaycanın dədə baba torpaqları olan Dağlıq Qarabağ, o cümlədən ətrafındakı, Ermənistan tərəfindən işğal edilən 7 rayonumuz İşğalcı dövlətin torpaqları kimi göstərilib, “işğalcı” olaraq isə Azərbaycan tanınaraq, sözü gedən akta ölkəmizə Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş edilib.

Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi olaraq aşağıda qeyd olunan bəndlərə yenidən baxılaraq düzəliş edilməsini, ABŞ-ın Azərbaycana olan ikili münasibətinə son verməsini, Dağlıq Qarabağdan, ümumilikdə 20 faiz işğal altında olan torpaqlarımızdan didərgin salınmış bir milyondan artıq insanımızın haqqını tanımasını tələb edirik. Və bununla bərabər Biz, dövrün senatorları Con Makkeyn, Con Kerri və ABŞ vitse-prezidenti Cozef Baydendən belə yanlış bir “Qərar”ın qəbul edilməsində göstərdikləri fəallıqdan dolayı rəsmi açıqlama vermələrini həm xahiş , həm də tələb edirik.
ABŞ Prezidentindən xahiş edirik ki, adıçəkilən sənədin hüquqi qüvvəsinin dayandırılması ilə bağlı Konqres tərəfindən ona verilmiş olan səlahiyyətlərindən istifadə edərək Haqqın , Ədalətin bərqərar olması üçün müvafiq sənəd imzalasın.!

Xatırlatma: MADDƏ 907. AZƏRBAYCANA YARDIM GÖSTƏRİLMƏSİNİN QADAĞAN EDİLMƏSİ

(A) QADAĞA – Prezident Azərbaycan Hökümətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.
(B) QEYD – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir.

Onuda qeyd edək ki, 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir.
Lakin aradan 20 il ötməsinə baxmayaraq hələdə hec bir ədalətə sığmayan, tərəfli olaraq qəbul edilən o məhşur “907-ci maddə” Azərbaycanı işğalcı dövlət olaraq Konqresdə tanıdır.

Hesab edirik ki, yuxarda qeyd edilən maddələrə tezliklə dəyişiklik ediləcək. Azərbaycanın haqq səsi Konqresdə eşidiləcəkdir .
Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi

Geri dön