Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Ukraynada yeni antirekord: koronavirusdan gündəlik ölüm halları 500-ə yaxınlaşıb
Ukraynada yeni antirekord: koronavirusdan gündəlik ölüm halları 500-ə yaxınlaşıb |
Son sutka ərzində Ukraynada 481 nəfər koronavirusdan həyatını itirib ki, bu da pandemiya dövründə ən yuxarı göstəricidir.
Bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib. Buna qədər koronavirusdan gündəlik ən yüksək ölüm faktı 433 nəfər olub. Hazırda ölkədə bu virusdan ölənlərin ümumi sayı 35498 nəfərə çatıb. Son sutkada Ukraynada 15 min 415 nəfər koronavirusa yoluxub. Bu virusa ən çox yoluxma Kiyev, Xarkov, Lvov və Odessa vilayətlərində qeydə alınıb. Son sutkada koronavirusa yoluxanların 5558-i xəstəxanaya yerləşdirilib. Aprelin 6-na olan vəziyyətə görə, Ukraynada 1 milyon 784 min 579 yoluxma faktı təsdiqlənib, 1 milyon 373 min 851 nəfər müalicə olunaraq sağalıb. Ukrayna hökuməti koronavirusa yoluxma hallarının artdığı üçün karantin rejimini sərtləşdirib. Geri dön |