Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağcabədidə çiyid səpininə başlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Ağcabədidə çiyid səpininə başlanılıb

Ağcabədidə çiyid səpininə başlanılıb


Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Ağcabədi pambıqçıları cari ilin çiyid səpininə başlayıblar.

2020-ci ildə Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq əkilib, 37 min 887 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,44 sentner olub. Ağcabədi pambıqçıları 2021-ci təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər. Cari ildə rayon ərazisində 10 min 615 hektara yaxın əkin sahəsində pambıq əkilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq, “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya" MMC və “P-Agro” MMC ilə istehsalçılar arasında müqavilələr bağlanılıb. Rayonun bütün təsərrüfatlarında pambıq mövsümünə hazırlıq başa çatıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb. Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.

Artıq təsərrüfatlarda çiyid səpininə başlanılıb. Bu il sahələrdə rayona emal müəssisələri tərəfindən gətirilmiş yüksək keyfiyyətli pambıq sortları yetişdiriləcək. Traktorlar, səpin aqreqatları və digər texniki vasitələr səpin işlərinə səfərbər olunub. Çiyid səpininin 15-20 gün müddətində başa çatdırılacağı planlaşdırılır.

Geri dön