Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkdilli dövlətlərin əməkdaşlığı güclənir: “Ortaq gələcək qurmalıyıq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Türkdilli dövlətlərin əməkdaşlığı güclənir: “Ortaq gələcək qurmalıyıq”

Türkdilli dövlətlərin əməkdaşlığı güclənir: “Ortaq gələcək qurmalıyıq”


Aprelin 9-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının(Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı çərçivəsində informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası işə başlayıb.

"Sherg.az" xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibinin müavini Qismət Gözəlov çıxış edərək toplantının Qarabağ Zəfərindən sonra nazirlər səviyyəsində Bakıda keçirilən ilk tədbir olduğunu bildirib.

Q.Gözəlov qeyd edib ki, ortaq tarixi və mədəni irsimizin dünyada tanıdılmasında medianın xüsusi önəmi var. Buna görə də qarşıdakı illərdə media sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyi hədəfləyirik. Bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev bu görüşün əhəmiyyəti barədə “Sherg.az”a danışdı:

“Əlbəttə, türkdilli dövlətlər arasında bütün sahələrdə olduğu kimi, media və informasiya sahəsində də əməkdaşlıq çox vacibdir. Çünki müasir dünya çox kiçikdir. Mediada əməkdaşlığımız Türk dünyasına qarşı informasiya təxribatının, beynəlxalq aləmdə bizə qarşı yaradılmış yanlış ictimai rəyin qarşısını alacaq. Odur ki, əlimizdəki bütün imkanları səfərbər etməli və ortaq gələcəyimizi qurmalıyıq”.

F.Quliyev, həmçinin türkdilli dövlətlər arasında əməkdaşlığın müsbət nəticə verəcəyinə inamını bildirdi:

“Əlbəttə, türkdilli dövlətlər arasında inteqrasiyasının güclənməsi bizi məmnun edir. Vətən müharibəsi dövründə Türkiyənin bizə əvəzsiz yardımı göstərdi ki, dostlarımızı qardaş ölkələr arasında axtarmalıyıq.

Biz də onlara eyni dəstəyi göstərməliyik. Ümumiyyətlə, türkdilli dövlətlər, o cümlədən Türkiyə ilə Azərbaycan arasında əlaqələr uzun tarixə söykənir.
Hələ 1915-c ildə başlayan Çanaqqala savaşında 3 mindən çox Azərbaycan türkü şəhid olmuşdu. Əsrin əvvəllərində Nuru Paşanın başçılıq etdiyi türk ordusu bizə dəstəyə gəlmişdi.

Biz rəsmi Ankara ilə birlikdə bu gün ən əhəmiyyətli sahələrdə vahid mövqedən çıxış edirik. Türkiyə Azərbaycanla ortaq hərbi sənaye kompleksi yaradır. Həmçinin Orta Asiya türk dövlətləri də ölkəmizə ən yüksək dəstəyi ifadə edirlər.

Zəngəzur dəhlizinin açılmasından sonra isə əlaqələrimiz daha da möhkəmlənəcək və əməkdaşlığımız həyatın hər xırda sahəsində belə, özünü göstərəcək”.

Kənan Novruzov/sherg.az

Geri dön