Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlham Əliyevin islahatlar kursuna müxalifətdən tam dəstək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > İlham Əliyevin islahatlar kursuna müxalifətdən tam dəstək

İlham Əliyevin islahatlar kursuna müxalifətdən tam dəstək


Üç il öncə, 2018-ci il aprelin 11-də ölkəmizdə tam demokratik şəraitdə və beynəlxalq standartlara uyğun, azad və ədalətli şəkildə keçirilən prezident seçkilərində xalqımız İlham Əliyevə növbəti dəfə etimad göstərərək Prezident seçdi. Seçicilərin 86,02 faizinin səsini qazanan İlham Əliyevin ötən üç il müddətindəki fəaliyyəti ictimaiyyət tərəfindən təqdir edilir.

Prezidentin fəaliyyəti barədə müxalifət partiyalarının rəhbərlərinin də fikirlərini öyrəndik.

Əldə edilən uğurlar birbaşa İlham Əliyevin adı ilə bağlıdır

Fərəc QULİYEV,

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri:

- Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlara nəzər salsaq görərik ki, istər daxili, istərsə də xarici siyasətdə böyük nailiyyətlər əldə edilib. Son üç ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar davamlı xarakter daşıdı. Bu islahatlar ilk növbədə Azərbaycanın qüdrətinin daha da artmasına xidmət etdi.

Prezidentin son üç ildəki fəaliyyəti əslində ondan əvvələ qədər nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıya qoyulan məqsədlər idi. Yəni bu, əvvəlki illərin məntiqi sonluğu, məntiqi davamı idi. Hesab edirəm ki, bu dövrdə çox mühüm işlər həyata keçirildi və uğurlar əldə edildi. Bəzən bunu siyasi rəqiblər qərəzli şəkildə qeyd etmək istəmirlər. Amma siyasi rəqabət reallığı danmaqdan ibarət deyil, yaxşı alternativlər təklif etməkdən ibarətdir. Bizim məqsədimiz Azərbaycanın rifahının yaxşılaşdırılması, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün təmin olunmasıdır. Ərazimizin təmin olunması məsələsini ona görə xüsusi vurğulayıram ki, əslində aparılan bütün siyasi proses işğal altında olan torpaqlarımızın geri qaytarılmasına yönəlmişdi. Çünki 30 il ərzində Azərbaycan əraziləri işğal və talan olunmuş ölkə idi. Bu ərazilərin xilas olunması üçün müxtəlif variantlar təklif olunurdu. Ancaq sonucda müharibə variantı seçildi və Azərbaycan Prezidentinin prinsipial qərarları, siyasi-diplomatik bacarığı və Ali Baş Komandan qətiyyəti ilə işğal altında olan torpaqlarımız geri qaytarıldı.

Bəzən bütün prosesləri 44 günlük Vətən müharibəsinə bağlayırlar. Ancaq İkinci Qarabağ müharibəsi sadəcə nəticə idi. Çünki buna qədər çox ciddi hazırlıqlar görülmüşdü. Əldə edilən uğurlu nəticələr bu günə qədər Prezident İlham Əliyevin apardığı siyasi-iqtisadi islahatlardan çox asılı oldu. Buna qədər milli birliyin yaranması, 50 siyasi partiyanın birlikdə ortaya mövqe qoyması, birlik nümayiş etdirilməsi, kənar güclərin burdakı maşalarının neytrallaşdırılması mühüm məsələ idi. Bununla yanaşı, iqtisadiyyatımızın dirçəldilməsi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, yaxşı ordu quruculuğu, gənclərimizin vətənpərvərlik ruhunda hazırlanması bunun məntiqi ardıcıllığını təşkil edirdi.

Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da uğurlu islahatların tərkib hissəsi idi. Bu şöbənin rəhbəri Ədalət Vəliyevin fəaliyyəti nəticəsində Prezidentin ortaya qoyduğu istəklərin reallaşması mümkün oldu. Bütün siyasi güclərlə əlaqələrin qurulması, dialoq mühitinin yaradılması çox əhəmiyyətli oldu. Çünki savaş zamanı dialoqun nəticələri özünü göstərdi, 50 siyasi partiya ortaq mövqedən çıxış etdi. Hər kəs bu savaşda əsgər kimi iştirak etməyə hazır olduğunu bəyan etdi və bu da dünyada bir nümunə kimi qiymətləndirildi.

Böyük uğurlara imza atan Prezident İlham Əliyev adını tariximizə əbədi yazdırdı və bu, onun haqqıdır. Cünki cənab İlham Əliyev məhz bu dövrdə xalqın 30 il həsrətlə gözlədiyi məsələyə son qoyub. Əminliklə deyə bilərəm ki, Prezidentin yürütdüyü siyasi kurs xalqın istəyinə uyğundur və bundan sonrakı fəaliyyətində də dövlət başçısına uğurlar arzulayırıq.

Rəşad BAXŞƏLİYEV/“Azərbaycan”

Geri dön