Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Sosial > İran dava-dərman sanksiyası ilə bağlı Pan Gi Muna müraciət etdi
İran dava-dərman sanksiyası ilə bağlı Pan Gi Muna müraciət etdi |
İran rejimi artıq qərb ölkələrinin ona qarşı tətbiq etdiyi sanksiyalar (təhrimlər) qarşısında duruş gətirə bilmir.
Ölkənin Tibb Elmləri Akademiyasının rəhbəri Əlirza Mərəndi BMT (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Pan Gi Muna məktub yazıb. Məktubda dərman və tibbi ləvazimatlar əldə olunmasının hər bir insanın universal haqqı olduğu bildirilir. Ə.Mərəndi məktubunda BMT baş katibindən Qərb ölkələrinin İrana dava-dərman və tibbi ləvazimatlar idxal olunması ilə bağlı tətbiq etdiyi sanksiyanın (təhrim) aradan qaldırılması üçün addım atmasını istəyib: “Hazırda İranda milyonlarla insanın həyatı təhlükə qarşısındadır. Bu isə insan haqları pozuntusudur”. Geri dön |