Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Almaniyalı professor: Azərbaycan qalib kimi qəti şəkildə sülhə köklənib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Qərbi Azərbaycan-İrəvan > Almaniyalı professor: Azərbaycan qalib kimi qəti şəkildə sülhə köklənib

Almaniyalı professor: Azərbaycan qalib kimi qəti şəkildə sülhə köklənib


Ermənistan əhalisi millətçilik, irredentizm və revanşizm ideoloqlarının ona mənfi təsirindən xilas olarsa, bu ölkənin Azərbaycanla mehriban qonşuluq münasibətlərinin bərpası üçün tarixi şansı yaranar.

Bu barədə Humboldt Universitetinin professoru Eva-Mariya Aux Azərbaycan Prezidentinin bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” Beynəlxalq Konfransının iştirakçıları qarşısında mətbuat konfransını şərh edərkən bildirib.

“Xüsusilə Qərbdəki diasporadan olan millətçilərlə Sovetlər Birliyi dövründə Azərbaycan xalqları ilə birlikdə yaşamaq təcrübəsi olan Ermənistandakı yerli sakinlər arasında prinsipial fərqlər var. Bu təcrübə mövcuddur və bunu Cənubi Qafqazda xalqların sülh içində yaşamaq qabiliyyəti kimi nəzərə almaq mümkündür”, - deyə o qeyd edib.

“Bizim, Almaniyada İkinci Dünya Müharibəsindən sonra alman təcrübəmiz var və biz onu Cənubi Qafqaz xalqlarına təklif edə bilərik. Müharibənin sonunda az sayda insan fransızların, polyakların və almanların dost ola biləcəyinə inanırdı. Lakin buna əməkdaşlıq və sülhə sadiqlik yolu ilə nail olduq”, - deyə Eva-Mariya Aux vurğulayıb.

Geri dön