Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Gimnastika Arenası beynəlxalq yarışlara yenidən ev sahibliyi etməyə hazırlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Milli Gimnastika Arenası beynəlxalq yarışlara yenidən ev sahibliyi etməyə hazırlaşır

Milli Gimnastika Arenası beynəlxalq yarışlara yenidən ev sahibliyi etməyə hazırlaşır


Milli Gimnastika Arenası bir illik fasilədən sonra beynəlxalq yarışlara yenidən ev sahibliyi etməyə hazırlaşır.

Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, qlobal COVID-19 pandemiyası səbəbindən təxirə salınmış və bu ilin may ayında keçirilməsi gözlənilən yarışların təşkilinə həmin tədbirlərin əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə icazə verilib.

Sözügedən yarışlar “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə dünya kuboku (7-9 may), aerobika gimnastikası üzrə yaş qrupları yarışları (21-23 may) və bu növ üzrə dünya çempionatıdır (27-29 may).

Turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, qlobal COVID-19 pandemiyasına görə ölkəmizdə görülən təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə əlaqədar 2020-ci ildə Bakıya həvalə olunmuş 8 beynəlxalq turnirdən yalnız ikisi baş tutmuşdur. Digər yarışlar ləğv edilmiş və ya təxirə salınmışdır.

Geri dön