Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > COVID-19: Fransada son sutkada 43 min 505 yeni yoluxma qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > COVID-19: Fransada son sutkada 43 min 505 yeni yoluxma qeydə alınıb

COVID-19: Fransada son sutkada 43 min 505 yeni yoluxma qeydə alınıb


Fransada son sutkada COVID-19 epidemiyasına 43 min 505 yeni yoluxma və xəstəxanalarda 297 ölüm faktı qeydə alınıb.

Bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, epidemiya başlayandan ölkədə 5 milyon 149 min 834 nəfər koronavirusa yoluxub. Virus qurbanlarını ümumi sayı 99 min 777-yə çatıb. Fransa Səhiyyə və Tibbi Tədqiqatlar Milli İnstitutunun epidemiologiya mərkəzinin məlumatına görə ölkədə koronavirusdan ölənlərin sayı bir neçə həftə əvvəl 100 mini keçib. Bu mərkəzin məlumatları ölüm şəhadətnamələrinə əsaslandığı üçün daha etibarlı hesab olunur.

Hazırda xəstəxanalarda 30 min 868 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 5 min 902 virus xəstəsi intensiv müalicə alır. Son 24 saatda reanimasiya şöbəsinə 441 yeni xəstə daxil olub. Xəstəxanalarda bu günə qədər 315 min 152 koronavirus xəstəsi sağalıb.

Hökumətin sözçüsü Qabriel Attal aprelin 19-dan yeni məhdudiyyət qadağalarının tətbiq olunacağını bildirib. Diqqətə çatdırıb ki, virusun üçüncü dalğası hələ davam edir və koronavirus ölkədə fəal şəkildə yayılır.

Geri dön