Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Hindistanda COVID-19 virusuna gündəlik yoluxma sayı 200 minə yaxınlaşıb
Hindistanda COVID-19 virusuna gündəlik yoluxma sayı 200 minə yaxınlaşıb |
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 199 min yoluxma aşkarlanıb. Bu, pandemiya dövründə Hindistanda qeydə alınan gündəlik ən çox yoluxma sayıdır. Ötən günkü yoluxmalarla Hindistanda ümumi yoluxma sayı 14 milyonu ötüb.
Pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, ötən sutka virus səbəbindən Hindistanda 1037 ölüm qeydə alınıb. Keçən sutka dünyada ən çox yoluxma da məhz Hindistanın payına düşüb. Son bir neçə gün ərzində Hindistan öz antirekordunu hər gün yeniləyir. İndiyədək ölkədə 14 milyon 70 mindən çox yoluxma, 173 min 152 ölüm qeydə alınıb. Aktiv xəstələrin sayı 1 milyon 471 min nəfərdir. Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Hindistanda virusa yoluxanların ümumi sayı ötən il iyulun 16-da 1 milyonu, dekabrın 18-də isə 10 milyonu ötüb. Geri dön |