Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Jirinovskinin Ərdoğanı hədəf almasının əsas səbəbi - RƏY
Jirinovskinin Ərdoğanı hədəf almasının əsas səbəbi - RƏY |
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski yenə sarsaqlayıb. Kremlin danışmanlarından sayılan partiya sədri bu dəfə Türkiyə tərəfə “hürüb”. O, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı son açıqlamalarını şərh edərkən ağlına gələni danışıb.
“Onu (Rəcəb Tayyib Ərdoğan - red.) sakitləşdirməyin vaxtı gəlib. Şərqin yalanını göstərmək üçün təcili olaraq ”Çingiz xandan Ərdoğana" adlı broşürlər buraxmaq lazımdır" - Jirinovski deyib. “Bir əlində gül, kökə verirlər, digər əldə isə xəncər, əyri xəncər (türk qılıncı kimi tanınır - red.)... Ərdoğan Liviya, Suriya, Azərbaycan və Ukraynada Rusiyanın ”fırlanan çarxını" dayandırır. O, Ukrayna, Liviya və Qarabağda bizə mane olur", - deyə RLDP rəhbəri bildirib. Partiya lideri əlavə edib ki, Türkiyənin digər ölkələrə yerləşdirdiyi silahlardan dolayı Rusiya əsgərləri ölür. Bəs Jirinovskini kim danışdırır? Dinc sakinlər rus silahlarından ölür, yoxsa türk silahlarından? “Çingiz xandan Ərdoğana” adlı broşürlər buraxmaq lazımdır deyərkən Jirinovski nəyi nəzərdə tutur? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev sərt danışdı: “Əvvəla, onu deyim ki, bu Jirinovski sarsaqlamayanda təəccüblənirəm. Onun mütəmadi olaraq işi bundan ibarətdir. Allah türkü düşmənsiz etməsin. Düşmən olmayanda biz yatırıq. Əksində isə, oyanırıq. Türkiyəni sanksiyalarla zəiflətməyə, silah bazarında ona silah satmamağa çalışdılar. Amma qardaş ölkə bunun əvəzində möhtəşəm silahlar icad etməyə başladı. Eyni zamanda, iqtisadiyyatına zərbə vurmağa çalışdılar, amma bu sahə dirçəldi. Azərbaycana 30 il kömək etmədilər, lakin ölkəmiz özü münaqişəni həll etdi. Hesab edirəm ki, Jirinovskinin dediyi büroşürları düşünmək lazımdır. Vahid türk tarixini yazmağın zamanıdır. Bunu yazıb, dərslik kimi istifadə etməliyik. Bu şəxs deyir ki, Türkiyə Rusiyanın siyasətinə mane olur, əsgərlərinin ölümünə səbəbkardır. Fərəc Quliyev: “Jirinovski sarsaqlamayanda təəccüblənirəm” Adamdan soruşarlar ki, sənin əsgərlərin Ukrayna, Liviya və Suriyada nə gəzir? Mütəmadi olaraq, Rusiya tərəfi bəyan edirdi ki, Ukraynada döyüşən yerli əhalidir. Amma indi Jirinovski bəyan edir ki, orada ruslar var. Bu, artıq etirafdır. Əslində isə ifşadır. Hesab edirəm ki, Türkiyənin son zamanlar dünya gücünə çevrilməsi bunları çox qıcıqlandırır. Hər vəchlə Rusiya Türkiyənin bölgədə olmasını istəmir. Bunun qarşısını almaq üçün projelər var. Jirinovski özbaşına danışmır. Qarabağdakı rus sülhməramlılarının cığallığı, Monitorinq Qrupunda Türkiyə tərəfdən sayın artmasına qıcıqla yanaşılması çox mətləblərdən xəbər verir. Yaxşı bilirlər ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası böyük bir təşkilata çevriləcək. Türkiyə tərəfi bunu gizlətmir. Elan etdilər ki, böyük bir inzibati bina hazırlayıblar. Şura burada fəaliyyət göstərəcək. Açığı, bu cür açıqlamalarla üzərimizə gəlmələri əhəmiyyətsiz hesab edirəm. Ox yaydan çıxıb. Qoyulan hədəflərə çatılacaq. Nə qədər üzərimizə gələcəklərsə, o qədər ayıq olacağıq”. Cavanşir ABBASLI/“Yeni Müsavat” Geri dön |