Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sirli-soraqlı Almaniya: Pares sarayı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Sirli-soraqlı Almaniya: Pares sarayı

Sirli-soraqlı Almaniya: Pares sarayı


Dəbdəbəli Pares sarayı Almaniya paytaxtından 40 kilometr və Potsdamdan 20 kilometr məsafədə yerləşir.

Bu gün öz oxucularına həmin saray barədə məlumat verəcək.

Devid Hilli tərəfindən inşa edilmiş Pares sarayı və onun saldığı eyniadlı kənd 1797-1804-cü illərdə vəliəhd şahzadə III Fridrix Vilhelmin və onun xanımı Luizanın yay iqamətgahı olub. Onlar yay aylarında burada yaşayırdılar. Saray və park o dövrün yüksək estetik tələbləri səviyyəsində tərtib edilmişdi.

Prussiya memarlığının parlaq nümunəsi olan, həm Kralın şəhərətrafı iqamətgahına təqdim edilən tələblərə, həm də o dövrün fermer kəndləri barədə standartlara cavab verən bu saray yerli landşaftla harmoniya təşkil edir.

İkinci Dünya müharibəsi illərində ciddi zədələnmiş və 1950-ci illərdə bərpa olunmuş Pares sarayı o vaxtdan Brandenburq əyalətində ekskursiyalar üçün nəzərdə tutulan ən mənzərəli yerlərdən biridir.

Koronavirus pandemiyası başa çatandan sonra bu məkan yenidən öz qapılarını turistlərin üzünə açacaq.

Geri dön