Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərakeş əcnəbi həkimlərin cəlb olunacağı genişmiqyaslı layihəyə başlayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Mərakeş əcnəbi həkimlərin cəlb olunacağı genişmiqyaslı layihəyə başlayır

Mərakeş əcnəbi həkimlərin cəlb olunacağı genişmiqyaslı layihəyə başlayır


Mərakeş, xarici mütəxəssislər və xarici investisiyalar üçün səhiyyə sektorunu açmaqla genişmiqyaslı layihəyə başlayır.

Bunu iqtisadiyyat, maliyyə və inzibati islahatlar naziri Məhəmməd Bençaabun söyləyib. Prioritet layihənin, eyni zamanda, sosial müdafiə sistemində islahatların 2025-ci ilədək tamamlanması planlaşdırılır. Yeni sosial müdafiə strategiyasına əsasən, Krallığın 22 milyon vətəndaşı 2021 və 2022-ci illər ərzində xəstəliklərdən (dərman və xəstəxana xərclərindən) sığortalanmalıdır.

Krallıq xarici mütəxəssisləri cəlb etməklə yanaşı, milli tibb potensialının gücləndirilməsi istiqamətində də addımlar atır. 36 milyon əhalisi olan Mərakeşin hazırda 100 min mütəxəssislə birlikdə 35 min həkim və 57 min tibb bacısına ehtiyacı var.

Ölkənin böyük şəhərlərində ümumən 25 minə yaxın həkimin olması yetərli deyil. Çünki Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi standartlara əsasən əhalinin hər 100 min nəfərinə nisbətdə həkimlərin sayı iyirmidən bir qədər çox olmalıdır. Amma Krallıqda onların sayı yeddidən çox deyil.

Mərakeşdə yerli həkimlər təcrübə keçmək məqsədilə xaricə yollanırlar. Hazırda təkcə Fransada mərakeşli həkimlərinin sayı 8 minə qədərdir. Fransa Milli həkim Şurasının məlumatına görə, Mərakeş xaricdən gələn həkimlərin sayı baxımından dünya üzrə ikincidir.

Geri dön