Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İsmayıllıda kənd yolları yenidən qurulur
İsmayıllıda kənd yolları yenidən qurulur |
İsmayıllı rayonunun Hacıhətəmli İnzibati Ərazi Dairəsi üzrə Hacıhətəmli-Kürd-Eldarbəyli və Gideyli kənd yollarında yenidənqurma işlərinə başlanılıb.
Hazırda ayrılan xüsusi texnikalarla yollarda hamarlanma işləri aparılır və ilin sonuna kimi yolların tam asfaltlaşdırılması nəzərdə tutulub. Dəniz səviyyəsindən 416 metr yüksəklikdə yerləşən Hacıhətəmli-Kürd-Eldarbəyli kəndi rayon mərkəzindən 46 kilometr, dəniz səviyyəsindən 411 metr yüksəklikdə yerləşən Gideyli kəndi isə 45 kilometr cənub-qərbdə yerləşir. Kənd yollarının asfaltlaşdırılması Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulub. İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Ümumi uzunluğu 13 kilometr olan yol kəndlərdə yaşayan 1000 nəfərə yaxın əhalinin gediş-gəlişini asanlaşdıracaq. Hazırda pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyana, ölkəmizin Vətən müharibəsindən yeni çıxmasına baxmayaraq İsmayıllı rayonunda da nəzərdə tutulan layihələr, abadlıq-quruculuq işləri uğurla davam edir. Bütün bunlar ölkəmizin, həm də iqtisadi qüdrətinin nəticəsidir. Bu gün İsmayıllıda çəkilən hər bir yol sabah bizi Şuşaya, Qarabağımıza aparacaq. Geri dön |